Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hilal Məmmədov barədə bəyanat yayıldı
Hilal Məmmədov barədə bəyanat yayıldı
02 Oktyabr 2013 / 10:57 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Azərbaycan Ziyalılar Forumu “Talşi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun 5 il azadlıqdan məhrum edilməsinə qarşı etiraz bəyanatı yayıb.

Eldəniz Quliyevin imzası ilə yayılan bəyanatda bildirilir ki, Hilal Məmmədovun yeganə “günahı” xalqını, vətənini öz canından çox istəməsidir. Bəyanatda daha sonra qeyd edilir: “Bu gün artıq heç kəsə sirr deyil ki, Hilal Məmmədovun tutulması, istintaqı, daha sonra məhkəmə-prosesinin qərəzli və birtərəfli aparılması, ən başlıcası bütün bunların çeşidli qanun pozuntuları ilə müşayiət olunması siyasi motivlidir.

Biz, Azərbaycan Ziyalılar Birliyi olaraq, Hilal Məmmədovun bu həbsini qətiyyətlə pisləyir və növbəti məhkəmə instansiyalarında onun işinə qanunun aliliyini əsas götürərək, obyektiv və ədalətli baxılmasını tələb edirik”. Qeyd edək ki, eyni məzmunlu bəyanat Talış Birliyi adından da yayılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə