Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qanuni oğru” arvadının ölümünə dözmədi – VİDEO
“Qanuni oğru” arvadının ölümünə dözmədi – VİDEO
02 Oktyabr 2013 / 11:35 / Baxış sayı: 314
Font1 Font2 Font3 Font4

Kriminal aləmin nüfuzlu nümayəndəsi, 87 yaşında vəfat edən gürcü “qanuni oğru” Georgi Çikovaninin Tiflisdə dəfn mərasimi keçirilib.

Rusiya mətbuatının məlumatına görə, dəfn mərasimində yüzlərlə insan iştirak edib ki, onların da arasında keçmiş SSRİ-nin müxtəlif bölgələrindən kriminal avtoritetlər olub. Qeyd edək ki, Çikovani uzun müddət kriminal dairələrdə nüfuz sahibi olub. Hətta oğru dünyasını tanınmış nümayəndələrindən olan Şakro, Tariel və ya Laşanın Tiflisə gəldikləri zaman ilk işləri onunla görüşmək olub. Sakit ev həyatı keçirən digər gürcü “qanuni oğru”lardan fərqli olaraq Cikovaninin nüfuzu bütün keçmiş SSRİ məkanında yayılıb.

6-cı sinifdən “oğru” dünyasına

Öz 6 siniflik təhsili ilə rus dilində ləhcəsiz danışan Cikovani knyaz nəslinin nümayəndəsi olub. Ömrünün 27 ilini həbsxanada keçirən “qanuni oğru” sovet hakimiyyətinə qarşı təşviqatda da günahlandırılaraq 15 il həbs cəzası alıb. Ömrünün bir neçə ilini Suxumidə yaşayıb. Daha sonra Tiflisə qayıdaraq evlənib. 90-cı illərdə “kölgə”yə çəkilən “qanuni oğru”nun yenidən üzə çıxmasına səbəb Rudiklə “Ded Xasan” arasında münaqişə olub. “Qoqi” ləqəbli bu “qanuni oğru” hər iki tərəfi sülhə çağıraraq, onlar üçün “məhkəmə” qurub. Odessada “Ded Xasan”ının taleyinin həll edildiyi həmin “sxodka”ya polis basqın edərək, Qoqi də daxil olmaqla hamını saxlayıb. Yarım il sonra isə killerlər Rudiki güllələyib və beləliklə münaqişəyə son qoyulub.

Onun üçün Saakaşviliyə kimlər minnətçi düşdü?

2005-ci ildə Gürcüstan hökuməti oğru dünyasına qarşı müharibə elan edib. Bir çox “qanuni oğru” ölkədən qaçıb, qaça bilməyənlər isə həbs olunub. Ancaq yaşlı oğrular “diqqətdən kənarda qalıb”. 2006-cı ilin mayında polis Qoqini də xatırlayıb. Onun evində axtarış zamanı çox sayda silah-sursat tapılıb. Qoqi həbs edilib və həbsinin ilk günündən aclıq aksiyasına başlayıb. 80 yaşlı “qanuni oğru”nun mühakiməsi ancaq prezident Saakaşviliyə bəzi siyasi xadimlərin müraciət və təsirindən sonra mümkün olub. Bundan sonra Qoqinin həbsi ev həbsi ilə əvəzlənib. Ona ölkədən çıxmaq qadağan olunub.

“Oğru”nun əbədi sevgisi – Zeynəb xanım

Bu o zaman idi ki, Rusiyada “Ded Xasan” kriminal aləmin xaç atası kimi öz mövqelərini möhkəmlətmişdi. “Ded Xasan”ın klanı ilə Tariel Oniani arasında yeni müharibə başlayırdı. Bir çox tanınmış oğrular bu müharibədə Tariel Onianini dəstəkləyirdi, ancaq Qoqi hər iki tərəfin dəstək təklifini rədd etməklə tərəfsizliyini qoruyub saxlaya bildi. Çünki o, hər iki tərəfi oğru hesab etmir və onları kommersant sayırdı. Ötən il sevimli həyat yoldaşı Zeynəb xanımı itirən Qoqi bu hadisədən sonra özünü toparlaya bilməyib. Həyat yoldaşının ad günündə Qoqi də həyatla vidalaşıb. Onların hər ikisi Sabutalı məzarlığında dəfn edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə