Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

5 dövlətin parçalanması nəticəsində Kürdüstan dövlətinin yaranma SSENARİSİ
5 dövlətin parçalanması nəticəsində Kürdüstan dövlətinin yaranma SSENARİSİ
02 Oktyabr 2013 / 11:41 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

“New York Times” qəzeti Orta Şərqdə 5 dövlətin parçalanaraq yerində 14 dövlətin yaranacağı ilə bağlı şok məlumat yayıb.

AzNews.az-ın məlumatına görə, xarici siyasət üzrə mütəxəssis Robin Vriqtın xəritə ilə müşayiət olunan yazısında bildirilir ki, böyük parçalanma ilk növbədə Səudiyyə Ərəbistanında baş verəcək. Parçalanma riski daşıyan ölkələr arasında İraq, Yəmən və Liviya da var. Mütəxəssis bildirib ki, Suriyanın parçalanması ilə bölgədə azı 4 ölkə yarana bilər. Ağdəniz sahili boyunca ərəb şiə dövləti yaranacaq. Quzey İraqdakı Özərk bölgəsi ilə Suriyanın quzeyindəki kürd bölgələrinin birləşməsindən mərkəzi Ərbil olan Kürdüstan yaradılacaq. Bura Türkiyənin Hatay bölgəsinin daxil olmayacağı bildirilir.

İraqın cənubunda mərkəzi Bəsrə olan yeni bir şiə dövləti yaradılacağı da iddia edilir. Suriya, İraq və Dəməşq də daxil olmaqla sünni ərəb dövləti yaranacaq.

Vraytin analizinə görə, Səudiyyə Ərəbistanında da hakimiyyət şahzadələrə ötürüldükcə qəbilələr bir-birindən ayrılacaq. Bu ssenariyə görə, Hörmüz körfəzi bölgəsində Şərqi Ərəbistan, Hicazda Qərbi Ərəbistan, Yəmənə yaxın bölgədə Cənubi Ərəbistan və şimalda Şimali Ərəbistan qurulacaq. Ölkənin ortasında isə mərkəzi Riyad olmaqla vəhhabi Ərəbistan qurulacaq. Ssenariyə görə yaxın zamanda birləşən Yəmən yenidən iki yerə parçalanacaq. Bölünmədən sonra Güney Yəmənin bütünlüklə Səudiyyə Ərəbistanına qatılma ehtimalı var. Liviya da qəbilələr arasında böyük rəqabət ölkənin parçalanması ilə nəticələnə bilər. Müəllif iddia edir ki, bu vəziyyətdə Benqazinin mərkəz olduğu Sirenakya və qərbdə Trablusqarp adlı iki dövlət yarana bilər. Hətta Fizanın da ayrılaraq yeni dövlətə çevrilməsi ehtimalı var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə