Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ABŞ-dakı erməni lobbisi böyük bir fiaskoya düçar oldu”
“ABŞ-dakı erməni lobbisi böyük bir fiaskoya düçar oldu”
02 Oktyabr 2013 / 12:22 / Baxış sayı: 70
Font1 Font2 Font3 Font4

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu bəyanat yaydı

Erməni lobbisi tərəfindən ötən həftə Azərbaycanın işğal altında olan ərazilərinə təşkil edilmiş qanunsuz səfər barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı bəyanat 200-dən çox müxtəlif ABŞ KİV-ləri tərəfindən dərc olunub.

arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, bəyanatı yayanlar sırasında “Reuters” xəbər agentliyini və “YahooNews” xəbər portalını, “BusinessWeek” jurnalını, “Wall Street Journal”, “Boston Globe”, “Sacramento Bee”, “California Chronicle”, “Los Angeles Daily News”, “Kansas City Star” və “Pasadena Star-News” qəzetlərini göstərmək olar.

Baş Konsulluqdan verilən xəbərə görə, “Erməni lobbisinin biabırçı fiaskosu” (An Embarrassing Fiasco for the Armenian Lobby) başlıqlı bəyanatda bildirilir:

“Ötən həftə ABŞ-dakı erməni lobbisi böyük bir fiaskoya düçar oldu. Belə ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) öz gücünü göstərmək üçün Kaliforniyadan Azərbaycanın işğal altında olan torpaqlarına təşkil etdiyi səfər erməni lobbisi üçün növbəti biabırçı uğursuzluqla sonuclandı. Azərbaycan parlament nümayəndə heyətinin bu ilin mart ayında Kaliforniya Senatının rəsmi dəvəti ilə Kaliforniya paytaxtına olduqca uğurlu səfərindən sonra – o səfər ki, erməni lobbisi nə qədər çalışsa da, qarşısını ala bilmədi – lobbi bütün resurslarını səfərbər edərək Kaliforniya rəsmilərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfərini təşkil etməyə girişdi. Azərbaycan dəfələrlə bəyan edib ki, 20 ildən artıq Ermənistanın qanunsuz hərbi işğalı altında olan Dağlıq Qarabağ və ətraf 7 rayona Azərbaycan hökumətinin müvafiq icazəsi olmadan edilən istənilən səfər qanunazidd xarakter daşıyır. Bundan başqa, ABŞ Dövlət Departamenti də ABŞ vətəndaşlarını işğal altında olan ərazilərə səfərlərdən yayınmağa çağırır. Ancaq ANCA-nın da bəyan etdiyi kimi, “5 aydan artıq müddətdə aparılmış işə“, yüzlərlə telefon zəngi, görüşlər, eləcə də Kaliforniya rəsmilərinə göndərilmiş e-maillərə baxmayaraq, erməni lobbisi yalnız 3 qeyri-erməni siyasətçini səfərdə iştiraka razı sala bilib. Bu üç siyasətçidən biri isə Baş Konsulluğumuza müraciət edərək Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Azərbaycanın icazəsini xahiş edib. Bu fiaskonu ört-basdır etmək üçün ANCA nümayəndə heyətini etnik ermənilər hesabına doldurmaqdan başqa çarə görməyib. Nəticədə nümayəndə heyətinin 80%-i ermənilərdən ibarət olub. İndi bəlkə də ümid etmək olar ki, erməni lobbisi, xüsusilə də ANCA bu biabırçı uğursuzluqdan öz dərsini alacaq. Lobbi başa düşməlidir ki, öz irqçi anti-Azərbaycan təbliğatı ilə Amerika rəsmilərini asanlıqla yanıldaraq onları beynəlxalq hüququ pozmağa sövq edə bildikləri vaxtlar artıq çoxdan keçib.

Ancaq “Washington Post” qəzetinin redaksiya heyətinin 2010-cu ildə “xüsusilə iyrənc lobbi” adlandırdığı ANCA-nın xislətini nəzərə alaraq, belə ümidlərin əhəmiyyətsiz olduğunu güman etmək olar. ANCA Amerika ermənilərini təmsil etdiyini iddia etsə də, faktiki olaraq Ermənistanın korrupsiyalaşmış hökumətinin ABŞ-dakı təşviqat şöbəsinə çevrilib. ABŞ-dakı böyük sayda məlumatsız erməni donorlardan vəsait toplayan bu mənfi reputasiyalı lobbi yalnız erməni diasporunun diqqətini Ermənistanı bürümüş dövlət korrupsiyasından, geniş miqyaslı insan haqları pozuntularından, sosial ədalətsizliklərdən, ən vacibi isə bütün bu problemlər nəticəsində Ermənistanın daimi mühacirət səviyyəsinə görə dünyanın “aparıcı” dövlətlərindən birinə çevrilməsi faktından yayındırmaqla məşğuldur. Bu ciddi problemləri nəhayət, həll etmək və öz vətəndaşları ilə qeyri-insani rəftarına son qoyması üçün Ermənistan rəhbərliyinə təzyiq göstərmək əvəzinə ANCA və digər radikal erməni təşkilatları bu hökuməti hər vəchlə dəstəkləməkdə və hər il “humanitar yardım” adı altında diaspordan milyonlarla dolları Ermənistana ötürməkdə davam edir – o dollarlar ki, sonradan Ermənistan hökumət rəsmilərinin müxtəlif xarici bank hesablarında peyda olur. Bundan başqa, erməni lobbisi Azərbaycan haqda ABŞ-da yalanlar yaymaqda, eləcə də ABŞ qanunvericilərinə ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan əleyhinə, ABŞ-ın milli maraqlarına zidd olaraq, mövqe tutmaq üçün təzyiqlər göstərməkdə davam edir. Ancaq buz artıq tərpənib və erməni lobbisinin bu son fiaskosu Amerika ictimaiyyətində Azərbaycan və onun ədalət uğrunda yorulmaz mübarizəsi barədə artmaqda olan məlumatlılığın növbəti bariz nümunəsidir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə