Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş nazirin sabiq müavini Tacikistanda öldü
Baş nazirin sabiq müavini Tacikistanda öldü
02 Oktyabr 2013 / 13:44 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Azərbaycanlı biznesmen Tacikistanın paytaxtı Düşənbə şəhərində müəmmalı şəkildə ölüb. Lent. az-ın məlumatına görə, bu barədə virtualaz.org “Azadlıq” radiosunun tacik xidmətinə istinadən xəbər yayıb.

Ölən şəxsin Səməd Sadıqov adlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Azərbaycanın Düşənbədəki səfirliyi faktı təsdiq edib. Səfirliyin mətbuat katibi Samir Əhmədi bildirib ki, biznesmenin ölümünə səbəb qara ciyər serrozu olub. Digər təfərrüatlar haqda məlumat verilmir.

Radiostansiya bildirir ki, Azərbaycandan əldə edilən bəzi məlumatlara görə, Sadıqov müxalifyönlü olub. Onun yaxınları mərhumun cəsədini götürmək üçün Düşənbəyə gediblər.

Virtualaz.org araşdırıb ki, Düşənbədə ölən Səməd Sadıqov Azərbaycanın baş nazirinin keçmiş müavini, iqtisadiyyat naziri olub. O, 1993-cü il, sentyabrın 2-də həmin vaxt Ali Sovetin sədrinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin fərmanı ilə baş nazirin müavini və iqtisadiyyat naziri təyin olunub. S. Sadıqovun keçmiş spiker Rəsul Quliyevin komandasında yer aldığı da məlum olub.

O, baş nazirin müavini vəzifəsində bir neçə il – təxminən R. Quliyevin istefasına (bu isə 1996-cı ildə olub) qədər işləyib.

S. Sadıqov 1995-ci il, martın 11-12-də Danimarkanın Kopenhagen şəhərində keçirilən sosial inkişaf üzrə ümumdünya konfransında Azərbaycanın iştirakına hazırlıq üzrə prezident Heydər Əliyevin fərmanı ilə yaradılmış hökumət komissiyasında hazırda həbsdə olan xarici iqtisadi əlaqələr nazirinin keçmiş birinci müavini Nicat Quliyev və digər rəsmilərlə birlikdə təmsil olunub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə