Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İbrahimbəyov mükafat payladı – Siyahıda kimlər var?
İbrahimbəyov mükafat payladı – Siyahıda kimlər var?
02 Oktyabr 2013 / 14:01 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov qurumun idarə heyətinin “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə əlaqədar tədbirinə təbrik məktubu göndərib.  AzNews.az xəbər verir ki, təbrik məktubunda “Azərbaycanfilm” kinostudiyasının kino tarixindəki rolunu yüksək qiymətləndirən R.İbrahimbəyov qurumun sonrakı fəaliyyətinə uğurlar arzulayıb.

Tədbirdə Kinematoqrafçılar İttifaqının ənənəvi illik, pullu mükafatları da təqdim olunub. Mükafat ilk olaraq “Sənədli kinoda Azərbaycan tarixinin və mədəniyyətinin uğurlu təbliğinə görə” “Ruslar müharibə istəyirmi?”, “Şopenin qayıtması”, “Səkkiz dəqiqə yarımlıq düşüncə” filmlərinin rejissoru Ziya Şıxlinski təqdim edilib.
Bundan sonra AKİ-nin katibliyinin qərarı ilə Azərbaycan animasiyasının inkişafında böyük xidmətlərinə görə animasiya ustası, ”Birlik” animasiya studiyasının bədii rəhbəri Firəngiz Qurbanova təltif olunub.

Qeyd edək ki, bu il həm də istedadlı animasiya rejissoru Firəngiz Qurbanovanın 70 illik yubileyidir. ”Seans”, ”Bulud niyə ağlayır”, ”Anam ağacda” animasiya filmlərinə quruluş vermiş rəssam və rejissor Firəngiz Qurbanovanın filmləri dərin məzmunu, çətin texniki həlli, özünəməxsus müəllif stili ilə seçilir.

Azərbaycanın Xalq artisti Fuad Poladov qaliblər sırasındadır. ”Azərbaycan kinosunda parlaq milli xarakterlər yaratdığına görə” formulası ilə təqdim olunan mükafatı sənətkara həmkarı Fəxrəddin Manafov təqdim edib.
Fəxrəddin Manafov ”İbrus” teatrında 10 ildən artıq bir müddətdə Fuad Poladovla işlədiyi dövrdə təəssüratlarından danışıb. Fuad Poladovun səhnədə tərəf müqabilindən də yüksək peşəkarlıq səviyyəsi tələb etdiyini qeyd edib.

Tədbirdə iştirak edən AKİ-nin idarə heyətinin tam tərkibi İttifaqın rəhbərliyini dəstəklədiklərini bəyan ediblər. Milli kinomuzun problemlərinin həlli istiqamətində AKİ rəhbərliyinin təşəbbüsləri İdarə heyəti tərəfindən dəstəklənib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə