Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirin işçiləri əlil vətəndaşı niyə aldadır?
Nazirin işçiləri əlil vətəndaşı niyə aldadır?
02 Oktyabr 2013 / 11:35 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Gülşad Ramazanov hələ də güzəştlə odun ala bilmir

Beyləqan rayonu Bünyadlı kənd sakini, Çernobıl ikinci qrup əlili Ramazanov Gülşad Beybud oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) şikayətçi düşüb. arxiv.bizimxeber.az-a şikayət məktubu göndərən əlil qeyd edir ki, sözügedən nazirlik hər il ona 1 dəfə güzəştli qaydadad yanacaq üçün odun verməlidir. Amma hər dəfəsində bu istəyi həyata keçmir.

O yazır ki, dəfələrlə Beyləqan rayon Meşə Təsərrüfatı İdarəsinə dəfələrlə getməsinə baxmayaraq, iki aydır onu aldadırlar. «Məni get-gələ salıblar. Meşə Təsərrüfatı İdarəsinin müdir müavini Qismət müəllim və mühasib dedi ki, qırıntı oduna nazirlik tərəfindən icazə yoxdur. Hərçənd iki aydır istənilən meşədən gündəlik odun satılır. Bunu sübut etmək üçün əlimdə əsaslarım çoxdur».

Gülşad Ramazanov iddia edir ki, idarə müdirinin müavini Qismət müəllim ondan pul istəyib. «Qismət müəllim dedi ki, 100 manat ver, odun verək. Mən və 3 uşağım xəstə olduğumuz üçün bu qədər pulu verməyə imkanımız yoxdur. Məni incitdiklərinə görə, 161 və 168-ə dəfələrlə şikayət etmişəm. Amma nəticə yoxdur».

O qeyd edir ki, sentyabrın 27-də ETSN-dən bir nəfər gələrək ona zəng vurub. «Etdiyim şikayəti araşdırmaq üçün nazirlikdən bir nəfər gəlmişdi və mənimlə görüşərək dedi ki, qısa müddətdə odun verəcəklər. Üstəlik, İmişli rayon stadionunun yanında da bildirdi ki, mütləq tələbim yerinə yetiriləcək. Mənə bir akt uzadıb ona qol çəkməyimi istədi. Dedim gecə gözüm görmür, səhər qol çəkərəm. Amma o israrla qol çəkməyimi istədi».

G.Ramazanov bu hadisənin üzərindən iki həftəyə yaxın keçdiyini bildirir, lakin odununun hələ də verilmədiyini deyir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə