Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtaliya Lənkəranskiylə bağlı ciddi maraqlanır
İtaliya Lənkəranskiylə bağlı ciddi maraqlanır
02 Oktyabr 2013 / 16:19 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

İtaliyanın hüquq-mühafizə orqanları İnterpol vasitəsilə axtarışa verilən və aralarında azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin də olduğu kriminal avtoritetlərin bir çoxunun Rusiya ərazisində gizləndiyini güman edərək yenidən bu ölkəyə müraciət edib. AzNews.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

İtaliyanın Rusiyaya da təqdim etdiyi siyahıda “qanuni oğru”lar Rövşən Lənkəranski, Cema Mikeladze, Koba Axvlediani, Laşu Nicaridze, Kaxa Makalatiya, Kaxabera Parpeliya, Ramaz Cinçaridze, kriminal avtoritet Fdavid Kazaryan, həmçinin 2 killer – Zurab Çokoyeva və Zurab Cinoriyanın adı var.

Siyahıda adı olan son iki nəfər kriminal klanlar arasında sonu ölümlə bitən mübahisələrin həllində iştirakda ittiham edilir.  İtaliya xüsusi xidmət orqanları bu şəxslərin bir çoxunun Rusiyada olduğu qənaətində olduğundan onlar barədə məlumat tələb edir. Bundan başqa Rusiya mətbuatı adı siyahıda olanlardan biri – Cemo haqqında olduqca maraqlı sənəd yayıb. Həmin sənədə əsasən Cemo təkcə beynəlxalq axtarışa verilməyib, həmçinin ona İtaliyada cinayət işi açılıb. O, “qanuni oğru” kimi cinayətkar dəstənin yaradılması, rüşvətxorluq, çirkli pulların yuyulmasında ittiham edilir. Qiyabi olaraq İtaliya məhkəməsi tərəfindən Cemoya 15 il həbs cəzası verilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə