Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Soydaşlarımızın Avropa Parlamenti qarşısında aksiyasına icazə verilməyib
Soydaşlarımızın Avropa Parlamenti qarşısında aksiyasına icazə verilməyib
02 Oktyabr 2013 / 16:32 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Oktyabrın 3-də Brüsseldə Avropa Parlamentində (AP) “Azərbaycanda prezident seçkiləri: “Odlar Yurdunu” hansı gələcək gözləyir?” adlı konfrans keçiriləcək.

Tədbir AP üzvü Gerben-Jan Gerbrandy tərəfindən Avropa naminə Liberal və Demokratlar İttifaqı və Təmsil Olunmayan Millətlər və Xalqlar təşkilatı ilə birlikdə təşkil olunur.

Konfransda Azərbaycanda seçkiqabağı vəziyyət, insan hüquq və azadlıqlarının durumu və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Tədbirə Azərbaycandan siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin dəvət olunduğu bildirilir.

APA-nın məlumatına görə, Avropa yaşayan azərbaycanlılar belə bir tədbirin keçirilməsini narazılıqla qarşılayıblar. Tədbirin xüsusi qaydada Azərbaycana qarşı təşkil olunduğu qənaətində olan avropalı azərbaycanlılar Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirmək üçün yerli hakimiyyət orqanlarına müraciət ediblər. Bu gün Brüssel Şəhər Meriyası aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyərək azərbaycanlı fəallara etiraz cavabı verib.

Onlar isə Brüssel Meriyasının qərarını demokratiya normalarına zidd hesab edərək, bunu toplaşmaq və ifadə azadlığı prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndiriblər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə