Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkili edam olunacaq
Millət vəkili edam olunacaq
02 Oktyabr 2013 / 17:12 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Banqladeşli deputat 1971-ci ildə müstəqillik müharibə zamanı hinduları öldürdüyünə görə asılacaq

Dünya Banqladeşdə müxalifət partiyası liderlərindən Səlahəddin Kader Çovdhuri, 1971-ci ildəki müharibə zamanı bəşəriyyətə qarşı cinayət etdiyinə görə edama məhkum edilib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, millət vəkili 9 cinayət işinə görə Banqladeş Müharibə Cinayətləri Məhkəməsində mühakimə olunub.

Çovdhuri müharibə zamanı 200 hindunu öldürdüyünə görə, asılaraq edam ediləcək. Millət vəkili və onun mənsub olduğu Banqladeş Millətçi Partiyası bunu siyasi qərar kimi qiymətləndirib.

Qeyd edək ki, yanvar ayından 1971-ci il müharibəsi zamanı törədilmiş cinayətlərlə bağlı 7 nəfər həbs edilib. Müxalifət bu qərarları, hakimiyyətin gələn yanvar ayında baş tutacaq seçkilərə qədər rəqiblərini aradan qaldırması kimi qiymətləndirir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə