Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həcc ziyarəti başlayır
Həcc ziyarəti başlayır
02 Oktyabr 2013 / 18:05 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Azərbaycana SARS xəbərdarlığı göndərilməyib

“Səudiyyə Ərəbistanının Həcc Nazirliyi Azərbaycan Həcc Missiyasına “Corona” virusunun yaratdığı, nəfəs almanı ağırlaşdıran SARS xəstəliyi ilə bağlı direktiv göndərməyib”.

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Həcc Missiyasını təşkil edən Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında SARS epidemiyası tüğyan edir. İndiyə qədər SARS xəstəliyi Səudiyyə Ərəbistanında 30-dan çox insanın ölümünə səbəb olub. Rəhimə Dadaşova isə bildirib ki, bu il mayın sonlarında Azərbaycan Həcc Missiyası ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında həcc protokolu imzalanıb. Bu protokolda SARS virusu ilə bağlı direktiv yer almayıb və indiyə qədər də belə direktiv göndərilməyib. Bununla belə, Rəhimə Dadaşova deyib ki, Qafqaz Müsəlmanları İdarəsi azərbaycanlı zəvvarların həcc ziyarəti zamanı müxtəlif, o cümlədən dövrü xəstəliklərə yoluxmaması üçün addımlar atır: “Birinci növbədə həcc ziyarətinə gedən hər bir şəxs yerli səhiyyə qurumundan sağlamlıq barədə arayış təqdim etməlidir. İkincisi, QMİ mövsümi xəstəliklərlə (qrip və s.) bağlı bu insanlara peyvənd vurulub-vurulmamasına nəzarət edir, peyvəndin vurulması barədə arayış həcc ziyarəti ilə bağlı sənədlərə daxil edilir. Yəni preventiv addımlar atılıb ki, “Corona” və digər viruslara yoluxma halı olmasın, fors-major hallar yaşanmasın”.

Rəhimə Dadaşova qeyd edib ki, azərbaycanlı zəvvarların “Corona” virusuna yoluxmaması üçün lazımi tibbi addımlar atılıb. Zəvvarlardan ibarət bütün səfər qruplarına həmin viruslar üzrə ixtisaslaşmış həkim heyəti cəlb edilib. Hər qrup üzrə iki həkim təyin olunub: “”Onu da xatırladım ki, son illər həcc ziyarəti zamanı həkim qruplarımız Türkiyədən gələn həkim qrupları ilə birgə çalışır. Məsələ həm də ondadır ki, həcc ziyarətinə gedən yaşlı insanlar var, bu insanların təzyiq, soyuqdəymə kimi problemləri olur. Türkiyədən gələn həkim qrupları bizə yardım edir. Digər tərəfdən, biz hələ 3 ay qabaqdan həccə getmək istəyənlər üçün şənbə və bazar günləri məscidlərdə treninq-seminarlar təşkil etmişik. Bu, həcc ziyarəti zamanı tibbi problemlərlə qarşılaşmamaq üçün də vacib idi”.

Xatırladaq ki, Azərbaycanda həcc ziyarəti sabah – oktyabrın 3-də başlayacaq və zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq (VİP ziyarət) istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə