Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsraildəki Azərbaycan diasporu İlham Əliyevi dəstəkləyir
İsraildəki Azərbaycan diasporu İlham Əliyevi dəstəkləyir
02 Oktyabr 2013 / 19:28 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

İsraildə fəaliyyət göstərən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, müraciətdə prezident İlham Əliyevə dəstək nümayiş olunub.

Müraciətdə deyilir: “Hazırda İsraillə Azərbaycan arasında əlaqələr intensiv şəkildə inkişaf edir və çiçəklənir. İsrail hər bir ölkə ilə, xüsusilə də müsəlman ölkəsi, ələlxüsus da bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanla yaxşı münasibətləri yüksək dəyərləndirir. Bu, sözsüz ki, İsraildəki Azərbaycan icması üçün çox xoş və qürurvericidir”.

Daha sonra müraciətdə bildirilir ki, ikitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan diasporu, xüsusilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının səyləri böyükdür. Lakin bu münasibətlərin inkişafında, İsrail-Azərbaycan əlaqələrinə marağın artmasında əsas faktorun Azərbaycan dövlətinin yürütdüyü siyasət olduğu vurğulanır:

“Prezident İlham Əliyev beynəlxalq aləmlə strateji tərəfdaşlıq əlaqələrini o qədər savadlı və məharətlə qurub ki, Azərbaycan Qərbin olduğu kimi, Şərqin də maraq dairəsindədir. Ölkələrlə qurulan münasibətlərdə İlham Əliyevin siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə aparıcı mövqe qazandırıb. Bütün bunlar Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin xalqına və dövlətinə firavanlıq bəxş etmək üçün yenidən bu məsuliyyətli posta seçilməyə layiq olduğunun təkzibolunmaz sübutudur”.

Qeyd edək ki, İsraildə fəaliyyət göstərən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası 2007-ci ildə Tel-Əviv şəhərində təsis olunub. Təşkilat Azərbaycandan köçmüş və hazırda İsrailin müxtəlif şəhərlərində yaşayan 30 minə yaxın yəhudini birləşdirir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə