Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağcabədidə idarə müdirinin “maraqlı” keçmişi
Ağcabədidə idarə müdirinin “maraqlı” keçmişi
03 Oktyabr 2013 / 10:45 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyevlə bağlı maraqlı məlumatlar üzə çıxıb.Məlumata görə, sözügedən şəxs rayonun Hüsülü kəndində kolxoz sədri işlədiyi vaxt etdiyi «səhv»lərə görə əhali tərəfindən pis və ağır formada cəzalandırılıb. Sonra isə kənddən qovularaq, onu gəzdirən «UAZ» markalı avtomobili aşırdılıb. Həmin məlumatlarda daha sonra vurğulanır ki, Əli Əliyev başqa bir işlə əlaqədar həbsdə də yatıb. Qeyd edək ki, idarə rəisi bu vəzifəyə təyinat aldıqdan sonra əhalini susuz qoymaqdan çəkinmir. Pulla satdığı suya möhtac olan insanları bu şəkildə cəzalandıran sözügedən şəxsə isə güldən ağır söz deyən də yoxdur. İddialara görə, onu Suvarma Sistemləri İdarəsinə məhz Su və Melorasiya ASC-nin rəhbəri Əhməd Əhmədzadə təyin edib. Elə bu səbəbdən də o, bildiyi kimi hərəkət edir. Üstəlik, oğlu Ağcabədi rayon İcra Nümayəndəsinin rəhbəridir. Daxil olmuş məlumatları dəqiqləşdirmək məqsədi ilə Əli Əliyevlə əlaqə saxladıq. O isə jurnalist olduğumuzu bilib saymazyana şəkildə «Nə bilirsiniz, onu da yazın. Vecimə də deyil» deməklə kifayətləndi. Qeyd edək ki, Ağcabədinin icra başçısı Şahin Məmmədov Demokratiya.info saytına həmişə açıq bir məmur olub. Amma çox təəssüf ki, onun rəhbəri olduğu rayonda mühüm postlardan birini tutan məmur nəinki mətbuata açıqdır, hətta mətbuatı özünə düşmən gözündə görünür. Görünür, Prezident İlham Əliyevin dediyi kimi, ölkədə hələ də «qudurğan məmurlar» mövcuddur.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə