Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtobus yandı: 8 ölü, 14 yaralı
Avtobus yandı: 8 ölü, 14 yaralı
03 Oktyabr 2013 / 11:37 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Ağır yol qəzası ABŞ-ın Tennesi ştatında baş verib

Dünya Amerika Birləşmiş Ştatlarının Tennesi ştatında sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzasında azı 8 nəfər ölüb, daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. “Associated Press” agentliyinin verdiyi məlumata görə, polis hadisənin yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verdiyini bildirib.

Şimali Karolina ştatından hərəkət edən sərnişin avtobusu Cefferson-Siti şəhəri ərazisində əks zolağa girərək, yük maşınına çırpılıb. Zərbənin təsirindən avtobus çevrilib və alışaraq yanıb.

Hadisə yerinə 20 təcili tibbi yardım maşını və xilasetmə xidmətinin 5 helikopteri cəlb edilib. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimallara görə, avtobusun əks yola çıxmasına onun təkərinin partlaması səbəb olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə