Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

9 ayın korrupsiya statistikası
9 ayın korrupsiya statistikası
03 Oktyabr 2013 / 12:04 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4
Bu ilin son doqquz ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, korrupsiyaya qarşı səmərəli mübarizə 2013-cü ili 9 ay ərzində uğurla davam etdirilib. Bu müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 3915 müraciət daxil olub. İdarədə araşdırılmış 307 müraciətdən 21 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 1078 müraciət təmin edilib.

Korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə və digər sahələrdə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahlar verilib. Digər müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müvafiq nazirlik, dövlət komitəsi və digər qurumlara göndərilib.

Cari ilin doqquz ayı ərzində idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi başlanıb. Ötən dövr ərzində idarədə cinayət xarakterli material kimi baxılmış 232 müraciət üzrə 132 cinayət işi başlanmış, o cümlədən cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılıb.

2013-cü ilin son doqquz ayı ərzində idarənin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilmiş, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə