Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Böyük “SXODKA”: “oğru” tituldan məhrum edildi
Böyük “SXODKA”: “oğru” tituldan məhrum edildi
03 Oktyabr 2013 / 12:16 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Rusiyanın Leninqrad vilayətində keçmiş SSRİ məkanına daxil olan ölkələrdən olan “qanuni oğru”ların iştirakı ilə son zamanların ən qalmaqallı “sxodka”sı keçirilib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “oğru sammiti” 5 saat davam edib və ümumilikdə 17 “qanuni oğru” itirak edib. Onların arasında Ukraynadan olan Qlera Sumski, Aslan Usoyanın qohumu Miron, Mırıç, Albert Rıjiy, Yeqor Ufimski kimi kriminal aləmin “qladiatorları” olub.

“Qanuni oğru” Vladimir Tyurinin apardığı “sxodka”da azərbaycanlı “qanuni oğru”nun iştirak etdiyi bildirilsə də, onun adı açıqlanmır. “Sammit”də oğru dünyası üçün mühüm qərarlar qəbul edilib.

Yeni oğruların taclandılrıması məsələsi qoyulsa da, bu baş verməyib. Buna səbəb kimi son zamanlar oğru ailəsinə çox sayda müəmmalı şəxsin qəbul olunduğu və qısa müddət sonra səlahiyyətdən məhrum edildiyi göstərilir. Başqa sözlə desək, “qladiatorlar” adlarının bu məsələdə hallandırılmasını istəməyərək, işə çox ehtiyatlı yanaşıblar. Elə buna görə də, “sxodka”ya nüfuzlu kriminallar dəvət edilsə də, gözlənildiyinin əksinə olaraq onların heç biri “tac” ala bilməyib. Həmçinin bundan sonra “məsafədən taclandırma” kimi oğru aləminə təzəcə ayaq açan yeni qaydadan da imtina edilib.

Beləliklə telefonla və ya Skype vasitəsilə “qiyabı sxodka” keçirilərək, kiminsə “qanuni oğru” elan edilməməsi barədə yekun qərar qəbul olunub.

Həmçinin “sammit”də Eduard Asatryan, onun kiçik oğlu Sergey Bentli və Quramçiklə bağlı məsələ də müzakirə edilib. E.Asatryan və Quramçikin məsələsi növbəti “sxodka”ya təxirə salınıb. Bu müddətə qədər isə hər iki şəxs “oğru” hesab edilir. Onlardan fərqli olaraq Sergey Bentli “oğru”ların qəzəbinə gəlib.

Ded Xasan öldürüldükdən sonra onun yerini tutan Eduard Asatryanın oğlu olan Bentlinin dəbdəbəli həyat tərzi “qanuni oğru”ların diqqətindən yayınmayıb. “Oğru”lar bildiriblər ki, S.Bentli bahalı paltar geyinir, qızıldan maşın sürür, bahalı maşınlardan ibarət parkı var və eyni zamanda şəhərin ən dəbdəbəli məhəlləsində bahalı mənzilə sahibdir. Bütün bunların oğru dünyasına yad olduğunu bildirən “qladiatorlar” gənci “oğru” titulundan məhrum ediblər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə