Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dubayda Azərbaycan vətəndaşına 5 il həbs
Dubayda Azərbaycan vətəndaşına 5 il həbs
03 Oktyabr 2013 / 12:22 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Şəhər Apelyasiya Məhkəməsi kütləvi davada iştirak edən və hadisə iştirakçılardan birinin öldürülməsində təqsirli bilinən Azərbaycan vətəndaşı ilə bağlı qərar çıxarıb.

APA-nın məlumatına görə, adı açıqlanmayan 34-yaşlı Azərbaycan vətəndaşı Dubay həbsxanasında 5 il cəza çəkəcək. Cəzasını çəkəndən sonra o, Azərbaycana deportasiya olunacaq.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Dubayın Nasser Meydanı adlanan ərazisində baş verib. Kütləvi davada təxminən 200 nəfər iştirak edib. Hadisə şahidlərinin sözlərinə görə, kütləvi dava Azərbaycan və Tacikistandan olan bir qrup şəxs arasında olub. Dava zamanı yuxarıda haqqında qeyd olunan şəxs bıçaqla qarşı tərəfdən olan bir nəfəri qətlə yetirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə