Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avstriyada yaşayan soydaşlarımızdan bəyanat
Avstriyada yaşayan soydaşlarımızdan bəyanat
03 Oktyabr 2013 / 12:26 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Avstriyada yaşayan azərbaycanlı gənclər bəyanat yayıblar. Gənclərin bəyanatında onlar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.

Avstriya Akademik Assosiasiyasından ANS PRESS-ə verilən məlumatına görə, azərbaycanlı gənclərə ünvanlanmış çağırışında İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar öz əksini tapıb: “Bu gün biz haqq səsimizi dünyanın istənilən tribunasında ucaltmağa müvəffəq olan, Azərbaycanı ürəkdən sevən, ona bütün mənəviyyatı ilə bağlı olan bir diaspora çevrilmişik. Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir”.

Avstriya gənclərinin bəyanatında eyni zamanda bəzi soydaşlarımızın Azərbaycanın imicinə xələl gətirməyə çalışan hərəkətləri pislənilir və onların Avropada fəaliyyət göstərən Azərbaycan diasporu adından çıxış etməsinə etiraz bildirilir.

Avstriyanın azərbaycanlı gəncləri oktyabrın 9-u – Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə soydaşlarımızı doğru seçim edərək İlham Əliyevə səs verməyə çağırır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə