Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Sumqayıtda səfərdə olub
Prezident Sumqayıtda səfərdə olub
03 Oktyabr 2013 / 14:20 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

arxiv.bizimxeber.az-ın məlumatına görə, əvvəlcə dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezidentə ölkənin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.

Sonra prezident İ. Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.

Prezident İ. Əliyev əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib.

Daha sonra prezident Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olub.

Azərbaycan prezidenti Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də maraqlanıb.

Dövlət başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış olub.

Prezident İ. Əliyev Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub. Prezident müəssisəni işə salıb, istehsal prosesini izləyib, hazır məhsullara baxıb.

Sonra dövlət başçısı dəyirman kompleksi və taxıl anbarını işə salıb.

Prezident İ. Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib. ARDNŞ prezidenti Rövnəq Abdullayev prezidentə məlumat verib ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.

Prezident İlham Əliyev Sumqayıtda metal boru zavodunun açılışında da iştirak edib. Dövlət başçısı zavodu işə salıb, istehsal prosesini izləyib.

Bununla da, səfər başa çatıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə