Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyan bir suala dözmədi
Sarkisyan bir suala dözmədi
03 Oktyabr 2013 / 17:03 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Ermənistan parlamentinin sədri Ovik Abramyan “İrs” Partiyasının deputatı Zarui Postancyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) davranışı ilə əlaqədar ölkənin AŞPA-dakı nümayəndə heyətinin tərkibinə dəyişiklik ediləcəyini açıqlayıb. APA-nın “epress.am” saytına istinadən verdiyi məlumata görə, O. Abramyan bu barədə parlament fraksiyaları ilə məsləhətləşmə apardığını söyləyib.

Parlamentin rəhbəri qeyd edib ki, siyasi mövqenin azad şəkildə ifadəsi demokratiyanın təməl daşlarından biridir, lakin bu, özlüyündə mütləq bir hüquq deyil: “Ermənistan Konstitusiyasının 66-cı maddəsində deyilir ki, deputatın azad mövqe bildirmək hüququ təhqir və böhtanın yolverilməzliyi şərti ilə məhdudlaşdırılır. AŞPA reqlamentinin 21.6 maddəsi də insan ləyaqətini təhqir edən ifadələrdən istifadə olunmasını qadağan edir”.

Xatırladaq ki, Ermənistan prezident Serj Sarkisyanın AŞPA-da çıxışından sonra müxalifətçi deputat Z. Postancyan ona Avropadakı kazinolardan birində 70 milyon avro uduzub-uduzmadığı haqda sual ünvanlayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə