Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saakaşvili Cəmil Həsənlinin hakimiyyətə gəlməsini istəmir
Saakaşvili Cəmil Həsənlinin hakimiyyətə gəlməsini istəmir
03 Oktyabr 2013 / 18:12 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4
Gürcüstan rəhbərliyi Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı birmənalı mövqe ortaya qoyub. Bu ilin oktyabr ayında postunu təhvil verəcək prezident Mixail Saakaşvili müsahibələrində prezident  İlham Əliyevin hakimiyyətini dəstəklədiyini dəfələrlə bəyan edərək, ölkəmizdə görülən işləri təqdir edib.
Azərbaycan prezidenti ilə yaxın dostluq əlaqələrində olan Saakaşvilinin müxalifətə münasibəti heç də xoş görünmür. Onun Azərbaycanda hakimiyyət dəyişikliyini istəmədiyi çıxışlarından da  sezilir.
Modern.az-ın məlumatına görə, Saakaşvilinin komandasında təmsil olunan deputat Azər Süleymanov da gürcü prezidentin mövqeyini təsdiq edərək Azərbaycanın müxalifət namizədlərinin Gürcüstanda çox az sayda tərəfdarı olduğunu deyib.
Deputat Azərbaycan müxalifətini Gürcüstanda yaşayan soydaşlarımızın problemlərindən siyasi kart kimi istifadə etməkdə suçlayıb.
A.Süleymanovun fikrincə, müxalifət liderləri indiyədək bir dəfə də olsa azərbaycanlıların problemləriylə maraqlanmayıb: “Gürcüstan vətədanşı olaraq Azərbaycanın daxili işinə qarışa bilməsək də, orada yaşayan soydaşlarımızın gələcəyi bizi də düşündürür. Biz doğrunun, düzgünün tərəfindəyik. Bu gün Azərbaycanda müxalifətin seçkiqabağı təşviqatını izləyirik. Onlar Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini gündəmə gətirərək özlərinə əlavə divident qazandırmaq istəyirlər. Bu bizi narahat edir və buna etirazımızı bildiririk. Əgər seçkiqabağı dövrdə Gürcüstan azərbaycanlılarının taleyi sizi maraqlandırıbsa, nə üçün bu 10 il ərzində bir dəfə də bizimlə  maraqlanmamısınız. İndi bu, seçkiyə görə yada düşüb?
Buna görə biz İlham Əliyevin prezidentliyindən razıyıq. Yenə onun seçilməsini istəyirik”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə