Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nar-şərab” restoranında rüsvayçılıq
“Nar-şərab” restoranında rüsvayçılıq
04 Oktyabr 2013 / 10:24 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Bakı şəhərindəki tanınmış restoranda masa arxasında oturan müştərini xörəyin içərisindən çıxan canlı heyrətə gətirib. Ad gününü qeyd edən İlkinadlı şəxs gördüyü mənzərə barədə restoran rəhbərliyinə deyəndən sonra aldığı cavab isə onu daha da təəccübləndirib.

Müştəri Milli.Az-a ünvanladığı məktubda yazır ki, senytabrın 30-da “Nar-şərab” restoranında ad gününü keçirirmiş. Masaya gətirilən badımcan kababının içərisindən elə həmin tərəvəz boyda qurd çıxıb və sonda ondan 550 manat hesab tələb edilib.
“Restoranın inzibatçısına iradımı isə qonaqların yanında ayıb olmasın deyə oradan çıxandan sonra bildirdim. İnzibatçı isə dedi ki, qurdun çıxması badımcanla bağlı olan şeydi. Dedi ki, badımcanın içərisindən qurd çıxması normaldır. Bu nə dərəcədə düzgündür? Deməli, belə cıxır ki, bu qədər hesab ödəyirsən, lazım olsa içindən tarakan da çıxa bilər? Xahiş edirəm, mənə məsləhət görün, hara müraciət edim? İnsanlara qarşı hörmətsizlik nə vaxt dayandırılacaq”, – oxucu yazır.
Restoranın Rauf adlı inzibatçısı Milli.Az-a açıqlamasında bildirdi ki, badımcanın içərisindən qurd çıxmasında günahkar deyil. Onun sözlərinə görə, badımcan tərəvəzdir və içərisinə quyruq qoyularaq qızardılır. İçərisində qurdun olmasını aşbazın bilməsi mümkün deyil.
İnzibatçı qeyd etdi ki, masaya verilən ət xarab olsaydı, çiy olsaydı restoranı günahlandırmaq olardı: “Hansı şüursuz belə bir halın baş verməsinə imkan verər? Bu işdə heç kimin günahı yoxdur. Yeməkdən tük çıxsaydı, müştəri haqlı olardı. Həmin müştəri gecə saat 1-də mənə zəng edib yeməyə və hesaba etiraz etdi”.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə faktın sübuta yetiriləcəyi halda restoranın cəzalandırılmasını mümkün sayır. Bölmə müdiri Milli.Az-a bildirdi ki, vətəndaş bu məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Xörəyin içərisindən qurd çıxması təsdiqlənməlidir.
arxiv.bizimxeber.az
Kababin ichinden qurd chixdi


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə