Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saatlı dəmir yol vağzalında şok hadisələr baş verir
Saatlı dəmir yol vağzalında şok hadisələr baş verir
04 Oktyabr 2013 / 12:57 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Saatlı dəmir yol vağzalında özbaşnalıq baş alıb gedir. Vağzalın rəisi Süleyman Nəsirov yığdığı çirkli pullar hesabına o qədər harınlaşıb ki, gözləri sadə insanları belə görmür. Bu sözləri Saatlı rayon sakini M. F. Axundov küçəsi ev 53 ünvanda yaşayan Fərzəliyev Elnur Əlizadə oğlu redaksiyamıza etdiyi müraciyyətində bildirir.

Şikayətçi daha sonra deyir. “Dəmir yolu vağzalı ərazisində kiçik bir obyekti icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olurdum. Əsasən ərzaq məhsullarının satışını həyata keçrirdim aylıq qazancım hardasa 80-manata yaxın çıxırdı. Qəpik-quruş olan həmin bu pulla 5 nəfərdən ibarət olan ailəmi çətin də olsa birtəhər dolandırırdım.

Axı nə edim? Səhətimdə olan problemlərə görə, başqa işdə çalışa bilmirəm həyat yoldaşım da cərrahiyyə əməliyyatı keçirdiyindən iş qabiliyyətini itirib. Hörmətli redaksiya hələ ovaxt obyekti götürəndə S. Nəsirov bildirdi ki, nə lazımdır özü də mən köməklik edəcək. Dedi ki, bilirəm maddi vəziyyətin ağırdır ona görə də çox yox ayda 50 manat icarə haqqı verərsən. Mən də razılaşdım. Sən demə onun fikiri tamam başqa imiş. Üstündən bir neçə gün keçmişdi ki, Süleyman dükana gəlib mənə dedi: Əgər yaxşı pul qazanmaq istəyirsənsə gəl narkotik sat. Doğrusu onun belə yaramaz təklifindən təəcübləndim və qəti olaraq bundan imtina etdim. Süleyman müəllim siz bir kisə pul versəzdə mən bu çirkabı üzərimə götürmərəm. Mənim bu sözlərim onu açmadı və məyus halda çıxıb getdi.

Üstündən 1 ay geçdi bu müddət ərzində aramızda heç bir söz-söhbət yaranmasada, lakin məndən narazı olduğu üzündən açıq-aşkar sezilirdi. Həmişə içkili yəni sərxoş vəziyyətdə gəlirdi. Danışıb razılaşdığımız kimi icarə haqqını vaxtında verib və əlavə olaraq hörmətini də edirdim. Səhər dükanı açıb yenicə oturmuşdum ki, elə bu an Süleyman içəri daxil olub acıqlı halda mənə dedi: Verdiyin 50 manat onu qane etmir. Odur ki, növbəti aydan 100 manat pul verəcəksən. Əgər verə bilməsən səni iti qovan kimi qovacağam. Mən də, öz növbəmdə dedim ki, Süleyman müəllim axı belə olmaz danışığınıza bir fikir verin. Mənim bu sözümdən o, daha da qızışaraq deyiləsi mümkün olmayan söyüşlər işlətdikdən sonra bildirdi ki, get əlin hara çatır şikaytət et. İstəyirsən Prezidentin özünə şikayət et. O heç kimdən qorxmur. Fikirləşdim ki, burda qalmaq artıq qalmaq əbəsdir.

Ayılar sakitləşər sonra söhbət edərik. Beləcə çıxıb evə getdim. Axşam dükana tərəf yollananda gördüm ki, dükanın qapısına kilid vurulub. Telefonla Süleymana zəng etdiyini deyən şikayətçi bunun belə azğın özbaşına hərəkətlərinin səbəbini ondan soruşduqda sərt şəkildə söyüşlərə məruz qaldığını bildirdi. Hətta bu azmış kimi deyən şikayətçinin sözlərinə görə, Süleyman birdə sənin ayağın dəmir yol vaqzalının ərazisinə dəyməsin cünki bura onun şəxsi mülkiyətidir dedi.

E.Fərzəliev onuda əlavə dirki vağzalı özününkiləşdirən S.Nəsirov orada özünün yaxşıça biznesini quraraq qanunsuz yollarla xeyli miqdarda pulara sahiblənir.Yığdiğı həmin çrkli pulardirki dəmir yol vağzalina nəzəırat edən polislər Süleyman Nəsirovun cinayət xarakterli əmələrinə ğöz yumub onu açıq aşkar müdafiə edirlər. Dükanda 800 manat dəyərində malı qaldığını vurğulayan şikayətçi deyir ki, S.Nəsirov onun şərəf və ləyaqətini alçaltmaqla həm də maddi ziyan vurub. Üzləşdiyi belə özbaşnalığa görə Nəqliyyat Naziri Z. Məmmədovdan və Azərbaycan Respublikası Dəmir Yolu rəisindən məsələyə aydınlıq gətrilməsini istəyir. Bilmək istəyir ki, Süleyman Nəsirovun havadarı kimdir?

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə