Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bulvar su altında qala bilər
Bulvar su altında qala bilər
04 Oktyabr 2013 / 11:36 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Bakı bulvarı su altında qalacaq. Proqnozlaşdırılır ki, 2020-ci ildən sonra Xəzər dənizinin səviyyəsi 1-2 metr artacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya institutunun direktoru vəzifəsini icra edən Ramiz Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Xəzərin səviyyəsində ciddi dəyişmələr müşahidə olunmur.

“Xəzər dənizinin səviyyəsi azalır. Belə ki, dənizin səviyyəsi son vaxtlarda 15-20 santimetr aşağı düşüb. Mütəxəssislər bunu sabitləşmə dövrü adlandırırlar, çünki dəniz səviyyəsinin 15-20 və hətta 30 santimetr azalması heç bir iqtisadi yaxud da sosial zərər vurmur” – deyə, alim bildirib.

Məmmədov həmçinin gələcəkdə Xəzərin səviyyəsi ilə bağlı proqnoz da verib:

“Ehtimal var ki, 2020-ci ildən sonra dənizin səviyyəsi 1-2 metr artacaq. Lakin bütün bunlar 100%-lik proqnoz deyil” (Trend).

Qeyd edək ki, Xəzərin səviyyəsində 1-2 metrlik artım hazırkı Bakı bulvarının su altında qalması deməkdir. Onu da xatırladaq ki, bir vaxtlar hazırda dənizdən 100 metr aralıda yerləşən Qız qalası əvvəllər Xəzərin sahilində imiş, yəni, o vaxtlar dəniz suyunun səviyyəsi çox yüksək olub və sonradan geri çəkilib.(oxu.az)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə