Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATV də “exit-poll” keçirəcək
ATV də “exit-poll” keçirəcək
04 Oktyabr 2013 / 12:16 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Səsverənlərin tədqiqatı (“exit-poll”) seçkilərin keçirilməsi zamanı şəffaflığın və ədalətliliyin təmin olunması baxımından əhəmiyyətli tədqiqat növüdür. Dünyanın demək olar ki, bütün sivil ölkələrində bu tədqiqat növündən geniş istifadə edildiyini və  vətəndaş cəmiyyəti sektorunun bu prosesə cəlb edilməsi seçkinin ədalətli nəticələri, bu nəticələrin qəbul edilməsi üçün çox böyük əhəmiyyət daşıdığını nəzərə alaraq “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası (ATV) 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində “exit-poll” keçiriməsinə qərar verib.

arxiv.bizimxeber.az-a ATV-dən verilən məlumata görə, bu məqsədlə “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası seçkiqabağı vəziyyətin öyrənilməsi, habelə, bilavasitə prezident seçkiləri günündə “exit-poll”un keçirilməsi üçün bu istiqamət üzrə ixtisaslaşmış və zəruri təcrübəyə malik beynəlxalq tədqiqat şirkətlərinin fəaliyyəti barədə müvafiq araşdırma aparıb. Mərkəzi Fransa Respublikasında yerləşən “OpinonWay” tədqiqat şirkətinin hal-hazıradək olan fəaliyyəti, ictimai rəyin öyrənilməsi ilə bağlı təcrübəsi, həyata keçirmiş olduğu tədqiqatları və xüsusən də ciddi reputasiyası “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasını Azərbaycan Respublikasında prezident seçkiləri ərəfəsində ictimai rəyin öyrənilməsi və seçki günü ekzit-polun keçirilməsi üçün məhz sözügedən təşkilata müraciət etməsinə əsas verib.

“OpinonWay” Tədqiqat İnstitutu 2000-ci ildə təsis edilib və 2011-ci il üzrə olan məlumata əsasən, onun dövriyyəsi 11,2 milyon avro təşkil edib. “OpinonWay” Tədqiqat İnstitutu Fransa Respublikasının nüfuzlu telekanalları və qəzetlərinin sifarişi ilə ictimai rəyin öyrənilməsi ilə bağlı tədqiqatlar həyata keçirir. Bununla yanaşı şirkət öz müştərilərini qlobal inkişaf yolunda dəstəkləyir və eləcədə beynəlxalq arenada öz əhatə dairəsini genişləndirməkdədir. Belə ki, şirkət həyata keçirdiyi layihələrin 30%-ni xarici ölkələrdə reallaşdırıb.

Cari ilin iyul ayından etibarən “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası ilə “OpinonWay” Tədqiqat İnstitutu arasında danışıqlara start verilib və bu danışıqların uğurlu nəticəsi olaraq tərəflər arasında  avqust  ayının sonunda müqavilə imzalanıb.

“OpinonWay” Tədqiqat İnstitutu  sahə işlərinin həyata keçirilməsi, texniki  dəstək üçün yerli tərəfdaş seçilməsi məqsədilə müvafiq araşdırmalar aparıb. “OpinonWay”  Tədqiqat İnstitutu  “Konstitusiya” Araşdırmalar Fondunun  apardığı tədqiqatlar, fəaliyyəti ilə tanış olaraq, təcrübəsini nəzərə alaraq Azərbaycan Respublikasında fəaliyyət göstərəcək yerli tərəfdaş təşkilat olaraq “Konstitusiya” Araşdırmalar Fondunu seçib və Fond tədqiqat çərçivəsində sahə işlərinin həyata keçirilməsini və digər texniki dəstəyi göstərəcək.

Müqavilənin şərtlərinə əsasən, seçkiqabağı vəziyyətin qiymətləndirilməsi məqsədilə 23-29 sentyabr tarixlərində respublikanın bütün ərazisini əhatə etməklə ictimai rəy sorğusu keçirilib.

Sorğunun nəticələri ATV vasitəsilə OpinonVey Tədqiqatlar İnstitutunun  nümayəndəsi Bruno Janbart tərəfindən  açıqlanıb.

Səsvermə günü 64 seçki dairəsini əhatə etməklə 99 seçki məntəqəsində “exit-poll”un keçirilməsi nəzərdə tutulub. Səsvermənin gedişi zamanı həyata keçiriləcək “exit-poll”un nəticələri gün ərzində üç dəfə (saat 13:00, 16:00 və 18:00), səsvermə bitdikdən sonra isə yekun nəticələr ictimaiyyətə təqdim olunacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə