Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni deputatdan Sarkisyana ittihamlar
Erməni deputatdan Sarkisyana ittihamlar
04 Oktyabr 2013 / 12:32 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

“Ermənistan əhalisinin 80 faizi ölkədə ədalətsizliyin hökm sürdüyünü, seçkilərin saxtalaşdırıldığını bilir. Artıq neçənci dəfədir Ermənistan vətəndaşları anlayır ki, onların səsləri oğurlanır və bu oğurluğu, fırıldaqçılığı, mütəşəkkil cinayətkarlığı həyata keçirən Serj Sarkisyandır”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu sözləri “Azadlıq” radiosuna müsahibəsində “İrs” Partiyasının deputatı, AŞPA sessiyasında S. Sarkisyana kazinoda 70 milyon avro uduzub-uduzmadığı haqda sual ünvanlayan Zarui Postancyan deyib. Xatırladaq ki, bu sualına görə, Z. Postancyanın ölkənin AŞPA-dakı nümayəndə heyətindən çıxarılması məsələsi qaldırılıb.

Z. Postancyan bu gün Ermənistanda çoxlu sayda yoxsul və aclıq keçirən insan olduğunu söyləyib: “Mən heç nədən qorxmuram, mübarizəni davam etdirəcəyəm. Sona qədər mübarizə aparacağam ki, bizim övladlarımızın vətəni olsun. Sarkisyanı milyon dollarlar və avrolar xaricisində heç nə maraqlandırmır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə