Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədovun qardaşı iş adamının pulunu vermir
Ziya Məmmədovun qardaşı iş adamının pulunu vermir
04 Oktyabr 2013 / 13:03 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

İş adamı Fəxrəddin Yusibov deputat Elton Məmmədovun 6 ildir ona borcunu ödəmədiyini deyir

İş adamı Fəxrəddin Yusibov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun ona 6 ildir 75 min dollar borclu olduğunu, amma bu günə qədər ödəməkdən imtina etdiyini deyir. “Azadlıq” a danışan iş adamı 2007-2009-cu illərdə fasilələrlə Elton Məmmədovun Ucarın Qazıqumlax kəndində və Nardarandakı bağında işlədiyini deyir.

“Elton Məmmədovun şəxsi villasında, bağında daş, bəzək işləri görmüşəm. Neçə ildir müraciət edirəm pulumu vermir. Əmək müqaviləm yoxdur, amma evinin karkulyasiyası var. Bir yerə nə qədər daş, qum gedib onun sxemi məndədir. Müqavilə bağlamaq istədim, dedi ki, neyləyirsən? Görünür bu gün üçün lazım imiş. Kişi söhbətinə getmişik, amma axırı belə oldu”.

F. Yusibov 30-35 nəfər işçisi ilə birlikdə E. Məmmədovun villasında işləyib. Iş adamının pulu ödənilmədikdə sexin və 2 maşının satıb işçilərinin pulunu ödəyib. “Nəqliyyat Nazirliyinə getdim dedim ki, nə Milli Məclisi sayırsınız, nə Prezident Administrasiyasını. Siz özünüzü kim hesab edirsiniz? 2008-ci ildə Ziya Məmmədova iki dəfə teleqram vurdum. Onun müavini Nəsir müəllimlə avtovağzala getdik Eltonla görüşdük. Elton mənə dedi ki, ”utanmırsan bacının evində işləmisən indi də şikayət edirsən?” (Eltonun yoldaşı gürcüstanlıdır, mən də…F.Y.). 15 nəfər ustam şahid dura bilər ki, o mənə bu pulu borcludur. Bu pulla materialı mən alıb vermişəm, qalanı da əmək haqqımdır. Onun 5 metr hündürlüyündə villasında, hasarında, həyətində daş, bəzək işlərini görmüşəm. 2003-cü ildə Ziya Məmmədovun Badamdardakı evində işləmişəm. O, mənim pulumu verib”.

Iş adamı deyir ki, borcunu almaq üçün Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, Milli Məclisə, Ombudsman Aparatına müraciət edib. Cavab gəlib ki, işə baxılması üçün məktub Nəqliyyat Nazirliyinə göndərilib. Fəxrəddin Yusibov deyir ki, bəlkə də bu puldan imtina edərdi, amma oğlu qara ciyər xərçəngindən əziyyət çəkdiyinə görə bu pulu almaq ölüm-dirim məsələsinə çevrilib.

“Oğlumun müalicəsinə 24 min manat verdim, amma yenə müalicəyə getməlidir. Oğluma da dedim ki, ya türməyə getməliyəm, ya da səni müalicəyə göndərməliyəm”.

Millət vəkili Elton Məmmədovun telefonuna cavab verən köməkçisi “Azadlıq” a bildirib ki, deputat iclasda olduğuna görə gün boyu biz cavab verə bilməyəcək. O, şikayətçinin fikirlərini deputata məruzə edəcəyini deyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə