Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramiz Rzayevə şok müraciət
Ramiz Rzayevə şok müraciət
04 Oktyabr 2013 / 13:56 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

 “2 inəyə görə 3 ildir məhkəmələrdə qalmışam”

Abşeron rayonunun Nübar qəsəbəsinin sakini Soltan Soltanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. O, müraciətində qanunsuz olaraq, təzyiqlə üzləşdiyini bildirib. arxiv.bizimxeber.az-a daxil olan müraciətdə bildirilir ki,   –  “Mən Soltanov Soltan Manaf oğlu 5 nəfərlik ailə üzvlərimlə birlikdə Abşeron rayonunun Nübar qəsəbəsində yaşayıram. Həyətimdə 2 inək saxlayıram və südünü, qatığını satıb balalarımı saxlayıram. Övladlarımdən ikisi xəstədir. Çox çətinliklə dolanırıq.

Üç il əvvəl qonşuluğumza köçən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin işçisi Əliyev Elbruz Rasul oğlu məni çağırıb bildirdi ki, inəklərin səsi başıma düşür, inəkləri sat. Mən dedim ki, ay qonşu, mən ailəmi bu inəklərin südü-qatığı ilə saxlayıram, necə satım. O isə dedi bilmirəm, satmalısan. Həmin gündən Elbruz Əliyev məni və ailə üzvlərimi söyməyə, təhqir etməyə, hədə-qorxu gəlməyə başladı. Mən sahə müvəkkilinə müracitə etdim. Sahə müvəkkili dedi ki, mən onunla bacarmıram. Sonra Abşeron polisinə müraciət elədim. Yenə xeyri olmadı. Sonra məcbur oldum ağır seyidlərdən xahiş elədim ki, siz Elbruza deyin məndən əl çəksin. Elbruz Əliyev seyidləri söyüb qapıdan qovdu.

Bir gün məni Abşeron məhkəməsinə çağırdılar. Məlum oldu ki, Elbruz Əliyev mənim barəmdə xüsusi ittiham qaydasında məhkəməyə müraciə edib.

Hakim Şəmsəddin Abbasov 30 noyabr 2012-ci il tarixli qərarla iddianı rədd etdi. Və bildirdi ki, inək saxlamağa görə məgər vətəndaşı həbs etmək olar? Hətta hakim bizi barışdırmağa çalışsa da Elbruz Əliyev bildirdi ki, onu həbs etdirəcəyəm. Bir müddət keçdi. Sonra məlum oldu ki, Elbruz Əliye bu dəfə məndən yenə xüsusi ittiham qaydasında Yasamal məhkəməsinə müraciət edib. Mən ölkə başçısı İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova, qəzetlərə müraciət etdim.

Yasam rayon məhkəməsinin hakimi Anar Rzayev 30 dekabr 2012-ci ildə mənim barəmdə qaldırılan xüsusi ittiham qaydasında iddianı rədd elədi. Anar müəllim də çox çalışdı ki, bizi barışdırsın. Hətta məndən xahiş elədi ki, tövləni sök başqa yerdə tik. Mən də razılaşdım və tövləmi söküb başqa yerdə tikdim. Hakim Elbrusdan xahiş elədi ki, sən də kömək elə tövləni söksün. Ancaq Elbrus kömək eləmədi, dedi ki, onu həbs elətdirəcəm.

Cənab Ramiz Rzayev! Yenə məni məhkəməyə çağırıblar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 18 aprel 2013-cü ildə hakimlər Sahibxan Arzuman oğlu Mirzəyevin sədrliyi, Faiq Adil oğlu Qasımov və Camal Cumar oğlu Ramazanovdan ibarət tərkibdə, Kərimova Vüsalə Abasqulu qızının katibliyi ilə Yasamal məhkəməsinin qərarını ləğv ediblər.
Və mən yenə məhkəmlərədə qalmışam.

Hörmətli Ramiz müəllim! İki inəyə görə mən 3 ildir ki, məhkəmələrdə qalmışam. Vəkil tutmağa pulum yoxdur.
Sizdən xahiş edirəm bu məsələyə son qoyun. Üzümü ölkə başçısı İlham Əliyevə tuturam ki, mənim bu ölkədə 2 inək saxlayıb balalarımı dolandırmaq hüququm yoxdur..?

“Azəryolservis”in sədri, millət vəkili Cavid Qurbanova tuturam ki, sizin işçiniz məndən nə istəyir? Elbruz Əliyevin vəkili deyir ki, mən ədliyyə genaralı Vidadi Mirkamalın bacısı oğluyam, sənin başına oyun açacam.
Sizdən xahiş edirəm mənim ailəmə kömək edin. Telefonum: 050-406-41-98

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə