Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

22 aptekdə sertifikatsız dərman aşkarlandı
22 aptekdə sertifikatsız dərman aşkarlandı
04 Oktyabr 2013 / 14:18 / Baxış sayı: 72
Font1 Font2 Font3 Font4

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Bakıda fəaliyyət göstərən apteklərdə reydləri davam etdirir.

Səhiyyə Nazirliyindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, DVAEM-in inspektorları bu dəfə 15-i Xətai, 7-si Sabunçu rayonu ərazisində olmaqla 22 əczaxanaya baxış keçiriblər. 22 aptekdən yalnız 4-də şəraitlə bağlı nöqsan qeydə alınıb, qalan 18-də isə bu baxımından hər şey qaydasındadır. Amma haqqında analiz protokolu olmayan dərman problemi yenə də özünü qabarıq şəkildə göstərib. Yoxlamalar zamanı 22 aptekin hamısında belə preparatlar aşkar olunub.

Ümumilikdə DVAEM-in paytaxtın Xətai və Sabunçu rayonlarında baxış keçirdiyi 22 aptekdə 877 qutu sertifikatsız dərman preparatı aşkarlanıb. Onlardan 635 qutusu Xətai rayonunun, 242 qutusu isə Sabunçu rayonunun apteklərinin payına düşür.

Qeyd edək ki, DVEAM-ın paytaxtın digər ərazilərindəki apteklərdə yoxlamaları davam edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə