Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qazax məmurlar hər axşam Bakıya kefə gəlir
Qazax məmurlar hər axşam Bakıya kefə gəlir
04 Oktyabr 2013 / 14:53 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Qazaxıstan parlamentinin üzvü: “Aktau milyonçuları axşam yeməyini Bakı restoranlarında yeyir”

Qazaxıstanın Aktau şəhərinin varlıları hər axşam şam yeməyini yemək üçün Bakıya gəlir. Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu ilginc məlumatı  Qazaxıstan parlamentinin üzvü Rauan Şaekin plenar iclas zamanı verib.

Deputat bunları bildirib: “Bu yaxınlarda iş elə gətirdi ki, Aktau şəhərinə uçmalı oldum. Bir həftə qabağa bilet tapmaq mümkün deyil. Məlum oldu ki, Aktaudan Bakıya təyyarə 40 dəqiqəyə uçur. Bizim məmurlar da “Boeing”lə hər gün Bakıya şam yeməyi yeməyə gedir.

Hər axşam oliqarxlar təyyarəyə oturub Bakı restoranlarında kefə gedirlər. Şənbə-bazar günləri isə Gürcüstana uçurlar”. Deputat Qazaxıstanın nəqliyyat nazirinə müraciət edərək dəmiryol və hava nəqliyyatını qaydağa salmağa çağırıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə