Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Cəmil Həsənliyə hücumu icra başçısı təşkil edib” – Fotolar
“Cəmil Həsənliyə hücumu icra başçısı təşkil edib” – Fotolar
04 Oktyabr 2013 / 15:03 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Arif Hacılı: “Basqınçılar arasında Sabirabad RİH-in işçiləri də olub”

“Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Sabirabadda seçiciləri ilə görüşü zamanı bir qrup insan tərəfindən təxribat xarakterli hücum təşkil olundu. Bu hücumun arxasında bilavasitə rayon rəhbərliyi durur”.

Bunu virtualaz.org-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı dedi. Onun sözlərinə görə, əksəriyyətini qadınların təşkil etdiyi həmin basqınçı qrupun üzvləri media nümayəndələrinə qarşı da fiziki güc tətbiq edib.

A.Hacılı həmin şəxslərin bu əməllərinə polis əməkdaşları tərəfindən müdaxilə edildiyini və hücumçuların oradan uzaqlaşdırıldığını bildirdi. Həmin etirazçıların kim olduğuna gəlincə isə A.Hacılı bunları söylədi: “Yerli sakinlərin bizə dediyinə görə, həmin şəxslər Sabirbad Rayon İcra Hakimiyyətinin işçiləri və icra hakimiyyəti rəhbərliyinin göstərişi ilə gələn şəxslərdir. Belə bir göstərişin verilməsi isə birbaşa icra başçısının səlahiyyətində olan məsələdir. Heç kəs onun iradəsinin ziddinə belə addım ata bilməz”.

Məsələ ilə bağlı Sabirabad RİH-in mövqeyini öyrənməyimiz mümkün olmadı. RİH-in də mövqeyini verməyə çalışacağıq.

*   *   *

Sabirabadda Cəmil Həsənlinin mitinqinə müdaxilə olub. Təxminən 100 nəfər “Milli Şura rədd olsun” şüarları ilə mitinqin keçirildiyi stadionun ortasına qədər irəliləyib və mitinqi dağıtmağa cəhd göstərib.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, stadionda olan az sayda polis qüvvəsi qarşıdurmaya müdaxilə etmir. AXCP sədri Əli Kərimli çıxış edərkən həmin şəxslər səsgücləndiricilərlə ona mane olmağa çalışıblar.

Yeni qoşulanlar əsasən qadınlardan və ahıllardan ibarətdir.

Cəmil Həsənli ilə görüşə təxminən bir neçə yüz nəfərin gəldiyi deyilir. Polis mitinqçiləri digər sakinlərdən sədlə ayırıb.

Polisdən açıqlama almaq mümkün olmayıb.

Müdaxilə davam edir. Hadisə yerindən görüntülər tezliklə saytımızda.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə