Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəmil Həsənlinin Sabirabad görüşünə Polis Şöbəsindən münasibət
Cəmil Həsənlinin Sabirabad görüşünə Polis Şöbəsindən münasibət
04 Oktyabr 2013 / 15:26 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Sabirabad rayon Polis Şöbəsi (RPŞ) Mili Şuranın namizədi Cəmil Həsənlinin seçicilərlə görüşündə baş verən insidentə münasibət bildirib.

RPŞ-dən verilən məlumata görə, Milli Şuranın bu gün Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində Bakıdan gələn qonaqlarla birlikdə 150 nəfər şəxs iştirak edib. Şöbədən bildirilib ki, mitinq cəmi 27 dəqiqə çəkib və Milli Şuranın namizədi mitinq iştirakçılarının suallarına cavab verə bilmədikləri üçün ərazidən uzaqlaşıblar.

Qeyd olunub ki, mitinqin keçirildiyi şəhər stadionunda polis tam təhlükəsizliyi təmin edib və mitinq zamanı  hər hansı insidentin yaranmasına imkan verilməyib.

Qeyd edək ki, kütləvi informasiya vasitələrində  bu gün Milli Şuranın Sabirabadda keçirdiyi təbliğat-təşviqat mitinqində bir qrup şəxslə mitinq iştirakçıları arasında insidentin yarandığı barədə məlumatlar yayılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə