Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mükafatlar ünvanına çatdı
Mükafatlar ünvanına çatdı
04 Oktyabr 2013 / 16:33 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Futbol üzrə Azərbaycan millisinin İsraillə heç-heçə oynamasından sonra böyük söz-söhbət yaşanmışdı. Mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, AFFA bu heç-heçəyə görə hər bir futbolçuya 60 min dollar mükafat verib.

Bu məsələyə münasibət bildirən  AFFA-nın prezidenti Rövnəq Abdullayev futbolçulara mükafat verildiyini etiraf etsə də 60 min dollar məsələsini təkzib etmişdi. Üstündən xeyli müddət keçməsinə baxmayaraq futbolçuların mükafatları hələ də verilməmişdi.

Virtualaz.org-un  əldə etdiyi məlumata görə, Rövnəq Abdullayev Şimali İrlandiya və Rusiya ilə oyun öncəsi mükafatları paylayıb. İsraillə oyunda start heyətində meydana çıxan hər bir futbolçuya 40 min, sonradan meydana daxil olanlara isə 30 min manat mükafat çatıb.

Bu rəqəmlər onu göstərir ki, əslində mətbuatın yazdığı həqiqətə yaxın olub. Mükafatların Şimali İrlandiya və Rusiya ilə oyunlar öncəsi verilməsi, futbolçuların bu qarşılaşmalara ciddi motivasiya edilməsinə hesablanıb. Rövnəq Abdullayevin postu laxlamaq üzrədir. Oktyabrın 11 və 15-də keçiriləcək bu iki qarşılaşmada milli uğursuz çıxış edəcəyi təqdirdə Abdullayevin AFFA prezidenti postunu xilas etmək üçün imkanları tükənə bilər. Elə ona görə də böyük məbləğdə mükafat futbolçulara Şimali İrlandiya ilə oyuna bir həftə qalmış verilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə