Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan üzərindən İrana ABŞ avtomobilləri daşınır
Azərbaycan üzərindən İrana ABŞ avtomobilləri daşınır
04 Oktyabr 2013 / 16:49 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“Le Figaro” qəzeti: “Diplomatik cəbhədə yumşalmadan əvvəl Amerika şirkətləri İranda fəallaşıblar” 

Amerika şirkətləri hələ Vaşinqtonla Tehran arasında diplomatik cəbhədə yumşalmadan əvvəl İranda fəallaşıblar. Virtualaz.org bu haqda Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir.

Yazıda bildirilir ki, Amerika şirkətləri İranda öz mövqelərini səssiz-səmirsiz bərkitməkdədirlər. Neft və qazla zəngin ölkənin 80 milyon nəfərlik bazarı Amerika şirkətləri üçün geniş bazardır və bir neçə ay əvvəldən başlayaraq onlar öz emissarlarını İrana göndərməyə başlayıblar. Emissarlar əsasən İsveçrə pasportları daşıyırlar. Belə ki, məhz İsveçrə İranda ABŞ-ın diplomatik maraqlarını təmsil edir.

Məlumata görə, İran avtomobil sektoru əsasən Amerikanın “General Motors” şirkəti ilə əməkdaşlığa can atır. Amerikanın avtomobil nəhəngi İran “Khodro” şirkəti ilə təmasa keçib. İran “Khodro” 2012-ci ilə qədər Fransanın “Paegeot” şirkəti ilə əməkdaşlıq edirdi və İranda “Paegeot 206” və “Paegeot 405” modellərini buraxırdı. Lakin Qərbin İrana qarşı sanksiyaları sərtləşdirməsindən sonra Fransa şirkəti bu əməkdaşlığı dayandırıb.

“Son altı ayda “General Motors” İranda şahın dövründəki mövqelərini geri qaytara bilmək üçün danışıqlar aparır” – deyə qəzet yazır.

Bildirilir ki, bu ilin yayında “General Motors” Azərbaycan üzərindən İrana “Chevrolet Camaro” modelini göndərib.

“Söhbət sınaq partiyasından gedir. Bu təşəbbüs ABŞ hökumətinin İrana qarşı sanksiyalarına zidd deyil” – deyə “Paegeot” şirkətinin təmsilçisi bildirib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə