Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ermənistanda olan S300-lər köhnə versiyalardır”
“Ermənistanda olan S300-lər köhnə versiyalardır”
04 Oktyabr 2013 / 17:09 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Bu gün bir qrup deputat və jurnalist Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində olub.

arxiv.bizimxeber.az-ın məlumatına görə, hərbi hissədə Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının sahib olduğu S300 PMU-2 (Favorit) zenit raket kompleksləri nümayiş olunub, zenit raket komplekslərinin taktiki texniki göstəriciləri barədə məlumat verilib. Əyani şəkildə raket kompleksin döyüş hazırlığına gətirilməsi nümayiş etdirilib.

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Altay Mehdiyev qeyd edib ki, bu texnikalar hərbi paradda ictimaiyyətə nümayiş etdirilib: “Azərbaycanın malik olduğu S300 zenit raket kompleksləri öz sinfinin ən müasiridir. Zenit raket kompleksləri Azərbaycanın hava hücumundan müdafiə sisteminə əlavə güc qazandırır”.

Hərbi hissə komandiri, polkovnik-leytenant Cəlil Seyfullayev bildirib ki, S300 divizionu eyni anda 6 hədəfi müşayiət edir və atəş altında saxlayır. O, divizionun hədəfə qarşı 12 raket yönəltdiyini bildirib: “Döyüş maşını 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilir. Raketlərin məhvetmə uzaqlığı 3 kilometrdən 200 kilometrə qədərdir. Bu raketlər saniyədə 2800 metr hərəkət edən hədəfləri məhv etməyi bacarır. Hər bir S300 divizionu retranslyator vasitəsi ilə komanda məntəqəsindən 90 kilometr məsafədə yerləşdirilə bilər”.

Daha sonra jurnalistlər və millət vəkilləri kompleksin döyüşə hazırlıq vəziyyətini izləyib, zenit raket briqadası üçün yaradılan şəraitlə tanış olublar.

Tədbirdə millət vəkillərindən Bahar Muradova, Hadi Rəcəbli, Bəxtiyar Sadıqov, Gövhər Baxşəliyeva və digərləri iştirak ediblər.

“Azərbaycanın malik olduğu S300 zenit raket kompleksləri öz modernliyinə görə dünyada çox az sayda ölkədə var”.

Bu sözləri isə millət vəkilləri və jurnalistlərin iştirakı ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən tədbirdə çıxış edən Hərbi Hava Qüvvələrinin komandanı Altay Mehdiyev deyib.

A. Mehdiyev bu sistemin yüksək dəqiqliyə malik olduğunu bildirib: “Dəqiqlik hər bir hədəfə qarşı 99 faizdir. Bu gün Ermənistanın silahlanmasında da S300 raketləri yer alır. Lakin həmin raketlər Rusiyanın silahlanmasından çıxarılıb və çox köhnə versiyalardır, göstəricilərinə görə Azərbaycandakından dəfələrlə geri qalır. Bu gün Azərbaycan regionda ən güclü hava hücumundan müdafiə sisteminə malikdir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə