Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qondarma DQR-in ombudsmanına qadağa
Qondarma DQR-in ombudsmanına qadağa
04 Oktyabr 2013 / 18:48 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Müvəkkil Aparatı: Avropa Ombudsmanlar İnstitutu beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirib

Avstriyada Avropa Ombudsmanlar İnstitutunun 15 illiyinə həsr edilmiş “Avropada Ombudsmanların müstəqilliyi” mövzusunda yubiley konfransı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri, Zaur Əliyev də iştirak edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, konfransda Avropa ölkələrinin ombudsmanları, insan hüquqları institutlarının, habelə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının və Avropa Birliyi Ombudsmanının nümayəndələri, həmçinin yerli və xarici universitetlərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, beynəlxalq ekspertlər iştirak ediblər.

Z.Əliyev tədbirdə çıxış edərək Azərbaycanda ombudsman təsisatının fəaliyyəti  haqqında ətraflı məlumat verib. Konfrans çərçivəsində Avropa Ombudsmanlar İnstitutunun prezidenti, onun müavinləri, həmçinin idarə heyəti üzvlərinin seçkiləri keçirilmişdir. Ombudsman Aparatının şöbə müdiri Z. Əliyev seçki komissiyasının üzvü seçilib.

Özünü “Müstəqil Dağlıq Qarabağ Respublikasının” Ombudsmanı kimi təqdim edən Yuriy Hayrapetyanın çıxışından sonra,  söz istəyən Z. Əliyev öz çıxışında, ilk öncə, qondarma respublikanın ombudsmanının bu tədbirdə iştirakına və çıxışına kəskin etirazını bildirib. O, Y. Hayrapetyanın özünü müstəqil Dağlıq Qarabağ Respublikasının ombudsmanı kimi təqdim etməsinin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu, belə ki, belə bir dövlətin mövcud olmadığını, həmin ərazinin Azərbaycanın tərkib hissəsi, tarixi torpaqları olması faktını vurğulayıb.

Z. Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, lakin Ermənistan tərəfindən işğal edildiyini bildirib. Qeyd olunub ki, bu işğal faktı həm BMT, həm Avropa Şurası, habelə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənmiş və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyə və qətnaməsi mövcuddur.

Bildirilib ki, Dağlıq Qarabağ adlı dövlət beynəlxalq müstəvidə heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmayıb, hətta Ermənistanın özü onu müstəqil bir dövlət kimi tanımayıb. Bunları nəzərə alaraq, bu şəxsin adı çəkilən tədbirdə iştirakının və çıxışının, ümumiyyətlə Avropa Ombudsmanlar institutunda üzvlüyünün əsassız və beynəlxalq hüquqa zidd olması konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin Avropa Ombudsmanlar İnstitutunun beynəlxalq qeyri-hökumət təşkilatı olaraq, beynəlxalq hüquq normalarına saymazyana yanaşdığı, hörmətsizlik nümayiş etdirdiyi,  həmin şəxsi üzvlüyə qəbul etməklə, öz tədbirinə dəvət etdiyi və çıxışı üçün imkan yaratdığı bildirilib. Z.Əliyevin çıxışından sonra Y.Hayrapetyan iclasdan kənarlaşdırılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə