Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əli Kərimli ilə İsa Qəmbər onu oynadırlar”
“Əli Kərimli ilə İsa Qəmbər onu oynadırlar”
05 Oktyabr 2013 / 9:52 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

“Milli Şurada az-çox vətənpərvərliyi olan insan oradan imtina etməli və istefa verməlidir”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyevin partiyadan və Milli Şuradan istefa verməsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, belə istefaların çox şahidi olacağıq. Bu hal Müsavatda və digər partiyalarda da olacaq.
S.Novruzov hesab edir ki, AXCP üzvlərinin böyük əksəriyyəti təmsil etdikləri partiyanın gələcək perspektivinin olmadığını bilirlər: “Çünki partiyaya rəhbərlik edən insanın şəxsi eqoizmi nəticəsində bu gün Xalq Cəbhəsinin sıralarında bir nəfər də tanınmış insan qalmayıb. Köhnələrdən qalan sonuncu da Asəf Quliyev idi”.
Digər tərəfdən YAP icra katibinin müavini deyib ki, Milli Şuranın perspektivinin olmaması, orada daxildə olan ziddiyyətlər, qeyri-səmimilik, bir-birinin arxasınca informasiya yayılmasını görəndə aydın olur ki, burada təşkilatçılıqdan söhbət gedə bilməz.
S.Novruzov eyni zamanda qeyd edib ki, Asəf Quliyev Milli Şuranın mitinq komitəsinin sədri idi: “Təbliğat-təşviqat kampaniyasının başlamasından 19 gün keçməsinə baxmayaraq, Milli Şura cəmi 9 görüş keçirib. Onlar da sönük, aşağı səviyyədə olan görüşlərdir. Çünki artıq mitinq komitəsi gördü ki, xalqın bu insanlara etimadı yoxdur. Sonuncu dəfə Sabirabadda olan biabırçı mitinq zamanı əhalinin etirazı baş verdi. Əhali sual verir ki, sel, daşqın olanda harada idilər, indi də insanlardan istifadə etmək istəyirlər. Halbuki hökumət onların evlərini tikdi, infrastrukturla təmin etdi. Bütün bunları görən ədalətli insan düzgün qərar qəbul etməlidir”.
YAP funksioneri, həmçinin Milli Şuranın komitələrinə nəzər salmağı da tövsiyə edib: “Qarabağ Komitəsinin sədri Cəmil Həsənli bir cümlə də olsun Qarabağın həlli yolu barədə bir kəlmə deməyib. İnsan hüquqları komissiyasının sədri Leyla Yunusdur, hansı ki, nə bir müəllimi, nə bir həkimi deyil, bu gün Dağlıq Qarabağda olan Əlikram Hümbətovu, Azərbaycan xalqına qəsd edən insanları müdafiə edir”.
S.Novruzov həmçinin qeyd edib ki, Milli Şuranın sədrinin isə ümumiyyətlə heç nə vecinə deyil, məlumat yoxdur ki, o haradadır, neyləyir: “Milli Şuranın aparıcı şəxsləri Eldar Namazov ümumiyyətlə mitinqlərə gəlmir, Mirmahmud Fəttahov partiya sədridir, amma yaxın durmur. “Yusif Sərrac”ı isə ortaya salan Əli Kərimli ilə İsa Qəmbər onu oynadırlar, sonra da pis günə qoyub ötürəcəklər fələyin qəminə”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə