Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ali məktəblərdə “Səs Ver” təlimləri keçirilir – FOTOLAR
Ali məktəblərdə “Səs Ver” təlimləri keçirilir – FOTOLAR
05 Oktyabr 2013 / 10:53 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs Ver” kampaniyası çərçivəsində təlimlərə start verilib.

İctimai Birliyin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, “Səs Ver” kampaniyası çərçivəsində ali təhsil müəssisələrində davam edən təlimlər Bakı Slavyan Universitetində, Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutub.

Təlim müddətində “Səs Ver” kampaniyasının təlimçiləri tərəfindən gənclərə seçki, seçki hüququ, seçki prosesi barədə ətraflı məlumat verilib, məlumatlandırıcı kitablar paylanılıb. Xüsusilə ilk dəfə səs verəcək gənclər səsvermə proseduru barədə ətraflı məlumatlandırılıblar.

Xatırladaq ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onlardan 2 milyon nəfəri, yəni 40%-i gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.

Qeyd edək ki, “Səs Ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə gənclərin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə