Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis çavuşu “hinduşka”ya görə, Ermənistana keçmək istəyib
Polis çavuşu “hinduşka”ya görə, Ermənistana keçmək istəyib
05 Oktyabr 2013 / 11:13 / Baxış sayı: 90
Font1 Font2 Font3 Font4
Qazeta.com-un yazdığına görə, Qazaxda rəislərinin əlindən bezən polis çavuşu Ermənistana keçmək istəyib. Daxil olan məlumata görə, çavuş Lətif Hacıyevin qarşısını sərhədə nəzarət edən N saylı hərbi hissənin əsgərləri alıblar və onu saxlayaraq geriyə polis şöbəsinə təhvil veriblər.
Lətif Hacıyev yerli hüquq-müdafiəçilərinə açıqlamasında məsələnin 1 hind toyuğu üstündə baş verdiyini bildirib. L.Hacıyevin rəislərindən biri olan Nazim Əliyev təkidlə ondan “hinduşka” tapıb gətirməsini tələb edib. Polis çavuşu isə buna imkanı olmadığını bildirib və rəislə L.Hacıyev arasında soyuq münasibət yaranıb. Çavuş ərazidə xidmət etdiyi növbələrin birində tualet üçün şöbəyə daxil olarkən Nazim Əliyev ona sillə vuraraq “tualet üçün şöbəyə gəlmirlər” deyib və xidməti vəzifəsindən qovacağını bildirib.
Aralarında mübahisə düşən rəis və polis çavuşunu şöbə əməkdaşları aralayıb. Bunun haqsızlıq, qanunsuzluq olduğunu deyən çavuşa  N.Əliyev belə cavab verib: “Onda get Ermənistanda işlə”.
Bundan sonra L.Hacıyev də şöbəni tərk edərək Ermənistan sərhədi istiqamətinə üz tutub.Bildirilir ki, L.Hacıyevlə N.Əliyev arasında olan söz-söhbət şöbənin video kameralarına yazılıb.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə