Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əli Kərimli və Eldar Namazov səhv yol tutmuşdular”
“Əli Kərimli və Eldar Namazov səhv yol tutmuşdular”
05 Oktyabr 2013 / 12:14 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4

Hüquq müdafiəçisi Vidadi İsgəndərli bizimyol.info-ya müsahibəsində qarşıdakı seçki, müxalifət, iqtidar, Milli Şuranın vahid namizədi ilə bağlı danışıb.

– Seçki ərəfəsidir, mühüm dövrdür. Amma Siz susursunuz. Əvvəllər cəsarətli çıxışlarınız olurdu. İndi danışmırsınız. Səbəbi nədir?

– Mənim cəmiyyətə demək istədiklərim var. Ancaq insanlarda ruh düşkünlüyü yaratmamaq üçün çox şeyi hələ danışmıram.

– Bəs nə vaxt danışacaqsınız?

– Seçkidən sonra geniş açıqlamalar verəcəyəm. Mən indi danışsam, özünü böyük lider sayanlar seçkidən sonra uğursuzluğun günahını mənim üstümə atarlar. Mənim haqqımda siyasətçilər, o cümlədən, hörmət etdiyim Müsavat başqanı İsa Qəmbər və başqa siyasətçilər, azadlıqsevər mübariz insanlar çox xoş sözlər deyiblər.

Mən zindanda olanda müxalifət qəzetlərində haqqımda çox müsbət məqalələr getmişdi. “Zindanı Azadlıq meydanına çevirən adam” adlandırmışdılar. Amma Milli Şuraya üzv olmağıma maneələr yaradıldı…

– Kimlər yaratdı?

– Əli Kərimli və Eldar Namazov.

– Niyə mane oldular?

– Milli maraqlara zidd siyasətə qarşıyam. Onlar isə səhv yol tutmuşdular. Müxalifət liderləri Rusiyanın Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirəcəyini düşünürdülər, ancaq səhv etdilər. Hakimiyyət perspektivinin Moskvadan gələcəyini və real olduğunu zənn edib illərlə getdikləri yoldan imtina etdilər və milli maraqlara zidd mövqe ortaya qoydular. Tez-tələsik yarısı siyasi tullantılardan, 1993-cü ildə milli hakimiyyəti devirənlərdən ibarət komanda yaradıldı.

– Bəs axı Rusiya elə özü Rüstəm İbrahimbəyovun vətəndaşlığın ləğv etmədi ki, seçkidə iştirak edə bilsin. Əli Kərimlinin, Eldar Namazovun nə təqsiri vardı?

– Onların səhvi Rusiyanın öz maraqlarına görə layihəsindən imtina edəcəyini əvvəlcədən görməmələri idi. Bir də Milli Şurada üstünlüyün partiya nümayəndələrinə verilməsi səhv idi, bunun nəticəsində xalqla təmas qurmaq mümkün olmadı. Buna görə də Milli Şuranın mitinqlərinə gələnlərin əksəriyyəti qurumdakı partiyaların üzvləridir. Mənim orda olmamağıma Əli Kərimli ilə münaqişəm səbəb oldu. Onlar artıq özlərini hakimiyyətdə hiss etmişdilər. Əli Kərimlinin sözçülərindən biri “Yeni Müsavat” qəzetinə müsahibəsində demişdi ki, Vidadi İsgəndərliyə həbsxanada iynə vurub psixoloji durumunu gərginləşdiriblər, biz hakimiyyətə gələndə o adamları cəzalandıracağıq. Ancaq xəyalları çin olmadı, Rusiya öz proyektindən imtina etdi.

– Bəs Rusiyanın belə edəcəyini müxalifətdə görə bilən yox idi?

– İsa Qəmbər gördü, amma Eldar Namazov, Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev. Əli Kərimli görmədi. İsa bəyin də onlara gücü çatmadı. O adamlar İsa Qəmbərin vahid namizəd olmasına imkan vermədilər. İsa Qəmbər namizəd olsaydı, nəyəsə hələ ümid etmək olardı. İndi elə vəziyyət yaranıb ki, Lalə Şövkət və Rəsul Quliyevin özləri də, İslam Partiyası və başqa qüvvələr də Milli Şuranın işində iştirak etmirlər.

– Rüstəm İbrahimbəyovla bağlı məsələ aydındır. Axı Milli Şura yeni vahid namizəd seçdi. Bu namizədin qələbəsinə inanırsınız?

– Əli Kərimli özü Ali Məclisin sessiyasında demişdi ki, seçki mühiti və seçki komissiyalarının tərkibi dəyişməsə, qələbə çalmaq mümkün olmayacaq.

– Özünüz də bu komissiyalarla 2010-cu ildə seçkiyə getdiniz və hər şeyi özünüz gördünüz…

– Bəli. Amma bunlar özləri deyirlər ki, 1993-cü ildən bəri bütün seçkilər saxtalaşdırılıb. 2000-ci və 2005-ci illərdə də hakimiyyətin nəzarətində olan komissiyalar vardı və məhz o komissiyalardan mandat alaraq gedib Milli Məclisdə oturdular. İndi isə komissiyaların tərkibinin dəyişmədiyini, seçki mühitinin də əvvəlkindən fərqlənmədiyini bilə-bilə insanları, xüsusilə də gəncləri nəticəsi bəri başdan məğlubiyyət olan döyüşə göndərirlər. Müxalifətçiliyi də inhisara alıblar, yeni qüvvələrə meydan vermək istəmirlər. Siyasi dələduzluqla məşğul olanlar var.

– Prezident seçkisindən sonra Sizcə vəziyyət necə olacaq?

– Bəzi siyasətçilər seçkidən sonra 10 il evlərindən bayıra çıxmayacaqlar. Bununla belə iqtidar islahatlara getməlidir, yoxsa qanlı toqquşma nə zamansa qaçılmaz olacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə