Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Fərhad Qəribov yeni biznes qurur – Mobil telefon
Fərhad Qəribov yeni biznes qurur – Mobil telefon
05 Oktyabr 2013 / 12:48 / Baxış sayı: 108
Font1 Font2 Font3 Font4

Parlamentdə təmsil olunan deputatların əksəriyyətinin biznesmen olması heç kimə sirr deyil. Onların bu fəaliyyəti qanunlarla yasaq olunsa da, buna məhəl qoyan yoxdur. Hər kəs öz işində, öz al-verindədir. 

arxiv.bizimxeber.az-da daxil olan məlumata görə,  biznesmen deputatlardan sayılan Kürdəmir rayonundan Milli Məclisə seçilən Fərhad Qəribov daha bir biznesə əl qoyub.

İlk əvvəl qeyd edək ki, Fərhad Qəribov deputatlar arasında ən böyük biznesə sahib olanlardandır. Onun, paytaxtda fəaliyyət göstərən «Çıraq Plaza» oteli, restoranlar şəbəkəsi, ticarət obyektləri və mebel sexləri var. Fərhad Qəribov deputat olmazdan öncə «Azəri-Holdinq» maliyyə-sənaye qrupunun prezidenti kimi çalışıb. Bu ərəfədə onun nəzarətində bir çox biznes strukturları – «Debütbank», sığorta şirkəti daha fəal işləyib. Amma sonradan «Debütbank» müflis oldu, digər biznes şəbəkələrinin bir qismi olun  əlindən çıxdı. Deputat  hətta 18 miyon manat kredit götürməyə məcbur oldu ki, biznesini bərpa etsin.

arxiv.bizimxeber.az-a daxil olan daha bir məlumatda qeyd olunur ki, Fərhad Qəribov yeni biznes sahəsinə əl qoyub. O, gömrükdəki dostlarının əli ilə ölkəyə yeni model mobil telefonlarını gətirir. Bu telefonların satışı üşün o, «Neftçilər», Xalqlar« dostluğu və «28 May» metrostansiyalarının yaxınlığında telefon dukanları da açıb. Məlumata görə, bu biznesdən deputat  külli miqdarda pul qazanır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə