Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prokurorluğa seçkilərlə bağlı 5 müraciət daxil olub
Prokurorluğa seçkilərlə bağlı 5 müraciət daxil olub
05 Oktyabr 2013 / 12:45 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidəsi üzrə qərargahının nümayəndələri Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubovla görüşüblər.

APA-nın qərargaha istinadən verdiyi məlumata görə, tərəflər seçkilərin təşkili və keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

R. Usubov seçki prosesindəki pozuntularla bağlı daxil olan informasiyaların operativ araşdırılması üçün Seçki Məcəlləsinə uyğun olaraq lazımi tədbirlərin görüldüyünü bildirib. O, Baş Prokurorluqda bu məqsədlə xüsusi işçi qrupun yaradıldığını söyləyib. Oktyabrın 4-nə olan məlumata əsasən Baş Prokurorluğa 1-i anonim olan 5 müraciət daxil olub.

MDB müşahidə missiyasının qərargahının rəhbəri Yevgeni Sloboda isə artıq missiyanın tam formalaşdığını və onun tərkibinə 276 nəfərin daxil olduğunu deyib. Hazırda qısamüddətli müşahidəçilərin Azərbaycana gəlişi davam edir. Onlar qərargahda təlimatlandırıldıqdan və müvafiq sənədlər aldıqdan sonra regionlara göndərilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə