Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir əlil və şəhid ailələrinə mənzil verdi
Nazir əlil və şəhid ailələrinə mənzil verdi
05 Oktyabr 2013 / 13:21 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun iştirakı ilə Qax rayonunda yeni inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə, habelə 8 ədəd minik avtomobili müharibə əlillərinə təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, yeni mənzillərin və avtomobillərin təqdim olunması mərasimində F.Ələkbərov əlil və şəhid ailələrinin mənzillə, müharibə əlillərinin avtomaşınla təminatı sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin son 10 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksələn xətlə davam etdirildiyini, bu müddətdə bütün sahələrdə olduğu kimi, sosial sahədə də mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.

Bildirilib ki, 2003-2013-cü illərdə möhtərəm Prezident İlham Əliyevin tapşırığına əsasən, əlil və şəhid ailələri üçün mənzil tikintisi xeyli sürətlənib və müxtəlif bölgələrdə 4 mindən çox, ümumilikdə 1997-ci ildən bu vaxta qədər 5 minə yaxın mənzil inşa etdirilərək Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə verilib.

2013-cü ilin sonunadək bir sıra bölgələrdə də çoxmənzilli yaşayış binalarının müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur.

Hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları da inşa olunur. Həmin binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, son 10 ildə müharibə əlillərinə 2800-dən çox maşın təqdim edilib. 1998-ci ildən bu vaxta qədər isə 3800-ə yaxın minik avtomobili imtiyazlı əlillərə verilib.

Cari ildə 280 ədəd minik avtomobilinin əlillərə verilməsi nəzərdə tutulur ki, onlardan 180-dək avtomobil artıq verilib. Qarabağ əlilləri və şəhid ailələri onlara göstərilən böyük diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə