Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ramzan Kadırovun ad günü – VİDEO
Ramzan Kadırovun ad günü – VİDEO
05 Oktyabr 2013 / 14:20 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Bu gün Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov 37 yaşını qeyd edir. Şimali Qafqazın ən ziddiyyətli siyasi şəxslərindən olan R. Kadırov özünün qeyri-ənənəvi idarəetmə üsulları və həyat tərzi ilə tanınır. Haqqında dolaşan şayiə və dedi-qoduların sayına görə onunla heç bir Simali Qafqaz rəhbəri yarışa bilməz. Dalaşqan, tez cırnayan və söylədikləri ilə tez-tez özünü müzakirə obyekti edən Çeçenistan rəhbərinin Modern.az-ın təqdim etdiyi tərcümeyi-halı da özünün tam inikasıdır.

Ramzan Əhməd oğlu Kadırov 1976-cı il oktyabrın 5-də keçmiş SSRİ-nin Çeçen-İnquş Muxtar Respublikasının Kurçaloy rayonunun Çentaroy kəndində anadan olub. Bu gün 37 yaşını qeyd edən Ramzan Kadırov “Vahid Rusiya” Partiyasının Ali Şurasının üzvü və 2004-cü ildən Rusiya Federasiyasının Milli Qəhrəmanıdır. Onun atası, keçmiş müfti Əhməd Əbdülhəmid oğlu Kadırov 2000-ci ildən Çeçenistana rəhbərlik edib. Lakin 2004-cü il mayın 9-da paytaxt Qroznı şəhərində Qələbə Günü münasibətilə keçirilən tədbir zamanı törədilən terror aktı nəticəsində dünyasını dəyişib. 2007-ci ilin oktyabrında keçirilən seçkilərdə oğul-Kadırov 80,84 % səslə prezident seçilib.

R. Kadırov 2004-cü ildə Mahaçqala Hüquq və Biznes Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. Həm də Rusiya Dövlət Qulluğu Akademiyasında mühazirələrdə iştirak edib. Bundan əlavə o, iqtisad elmləri doktorudur.

Çeçenistan rəhbəri Boks Federasiyasının prezidenti və boks üzrə idman ustasıdır. Çeçen prezident öz həmkəndlisi və məktəb yoldaşı Mədinə Kadırova ilə evlidir. Bu xanım  media üçün o qədər də açıq qadın deyil. Sərt çeçen həyat tərzi ilə yaşayan Ramzan Kadırov ailəsi haqqında geniş söhbət açılmasını xoşlamır.

Birinci ledi Mədinə Musa qızı Aydəmirova 1978-ci ildə anadan olub. Orta məktəbdən Mədinəni sevən Ramzanla nikahından 7 uşaq dünyaya gəlib- 4 qız və 3 oğlan. Qızları Ayşat, Karina, Xedi, Təbərik, oğulları Əhməd və Adəm. Babası Əhməd Kadırovun adını daşıyan nəvə 2005-ci ildə anadan olub. Onun dünyaya gəlişi Çeçenistanda böyük atəşfəşanlıqla qeyd edilib. O zaman körpənin doğulduğu çərşənbə axşamı qeyri-iş günü elan edilmişdi.

Mədinə Aydəmirova xeyriyyəçiliklə məşğul olur, xəstəxanalar və sığınacaqlara baş çəkir.  Qadın geyim dəbləri ilə yaxından maraqlanan Mədinə Kadırova özünün dizayn verdiyi paltarları ilə çeçen dəbini himayə edir. Birinci xanım 2011-ci ildə öz ad gününü “2011-in kuturyesi” adlı yerli gənc modelyerlərinin kolleksiyalarının Qroznı Dövlət Teatr-konsert Zalında nümayişi ilə qeyd edib. Onun model qrupu müsəlmanlar üçün üst geyimin kolleksiyalarını (təxminən 80 don) təqdim etmişdi. Modellər (çeçenlər) növbə ilə əvvəlcə şəhər çıxışı və dünyəvi qəbul üçün geyimləri, sonra “milli dəb”, hətta “sınaq” kateqoriyasından olan geyimləri göstəriblər. Bu mərasimə Ramzan Kadırov özü də təşrif buyurmuş və orada çıxışı zamanı Qərb geyim tərzini tənqid etmişdi. Dövlət başçısı vurğulamışdı ki, müasir gənclərin kor-koranə Qərb dəbinə uyğunlaşmaq istəyi düzgün deyil.

Yeri gəlmişkən, paytaxt Qroznıda olan hər bir kəs Mədinə Kadırovanın dizaynerlərlə birgə işlədiyi Mira küçəsində dəbə uyğun dizayna diqqət yetirib. Buranın yaxınlığında birinci xanımın ilk və hələ ki yeganə butiki yerləşir. Birləşmiş Ərəb Əmirliklərində, o cümlədən Yaxın Şərqdə bir neçə mağaza açmaq dövlət başçısının həyat yoldaşının planları sırasındadır: “Mənim çox yaxşı həyat yoldaşım var – Mədinə Musa qızı. Ümumiyyətlə çeçenlərdə bu barədə danışmaq düzgün deyil, lakin mən deyəcəm. Mənim xanımım çox düzgün, sevimli qadındır. Mən onu çox istəyirəm və hörmət edirəm. O, yaxşı ana, həyat yoldaşıdır. Ondan gözəli mənimçün yoxdur. Mənə başqası lazım deyil”.

Qeyd edək ki, təqdim etdiyimiz videoda Ramzan Kadirovun kortejində onu 100-dən çox maşın müşayiət edir:

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə