Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağalarovların müsabiqəsində Azərbaycan gözəli də olacaq – Fotolar
Ağalarovların müsabiqəsində Azərbaycan gözəli də olacaq – Fotolar
05 Oktyabr 2013 / 15:29 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Ölkəmizi “Miss Azərbaycan- 2012”-nin qalibi Aysel Manafova təmsil edəcək

“Kainat gözəli-2013” gözəllik müsabiqəsində Azərbaycan ilk dəfə olaraq iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, yarışmada ölkəmizi “Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibi Aysel Manafova təmsil edəcək. Müsabiqə uzun müddət 60 ildən sonra ilk dəfə Rusiyada gerçəkləşəcək.

Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə reallaşacaq yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da keçiriləcək. Şou iki mərhələdən ibarətdir. Noyabrın 5-də yarımfinal, noyabrın 9-da isə final mərhələsi baş tutacaq. Müsabiqənin sahibi Tramp Donald bu il təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyərək öncəki illərdən daha möhtəşəm şou nümayiş etdirəcəklərinə inandığını bildirib.

Dünyanın 90 ölkəsindən gözəllərin qatılacağı müsabiqənin yarımfinal mərhələsində yalnız 16 iştirakçı finala vəsiqə qazanmaq imkanı əldə edəcək. “Kainat gözəli-2013” müsabiqəsinin iştirakçıları finaldan 3 həftə əvvəl Moskvada toplaşacaqlar. 25 oktyabrdan paytaxtda promo-həftə keçiriləcək, hər gün qızlar müxtəlif tədbirlərə qatılacaqlar.

Oktyabrın 26-da “Miss Kainat-2012” titulunun qalibi Oliviya Kalpo dəb həftəsini açıq elan edəcək.

Qırmızı xalı üzərində gəzinti, Moskva parklarına, böyük teatrlara baş çəkilməsi, idman tədbirlərinə qatılmaq gözəllərin daha da tanınmasına imkan yaradacaq. Bundan əlavə, xeyriyyəçilik missiyasını yerinə yetirmək üçün 1 gün ayrılacaq və gözəllər öz ölklərindən xüsüsi olaraq gətirdiklərini hərraca qoyacaqlar.

Xatırladaq ki, “Miss Kainat” yarışması 1952-ci ildən etibarən keçirilir.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə