Azərbaycanda fəaliyyət göstərən həbsxanaların durumu çox ağırdır. Xüsusən də həbsxanalarda yatan məhbusların davamlı olaraq işgəncələrə məruz qalması, döyülməsi və şəraitlərinin pis olması məsələsi günün ən aktual mövzularından biridir.
Mədət Quliyev Penitensiar Xidmətə rəhbər təyin olunandan sonra bəzi məqamların yerini tapacağı və problemlərin isə aradan qalxacağı gözlənilirdi. Milli Qəhrəman olmasından irəli gələn bu ümid isə sonradan yoxa çıxdı. Məlum oldu ki, Mədət Quliyev də öz sələfindən artıq hərəkət etmək niyyətində deyil.
Məhz buna görədir ki, hal hazırda ölkə həbsxanalarında məhbusların yanına gələnlərdən rüşvət alınması halları dəfələrlə çoxalıb. Əgər əvvəllər yemək və əşya gətirən məhbus yaxınlarından bunun müqabilində 1-2 manat alınırdısa, hal hazırda bu rəqəm 20 manata qədər qalxıb.
Bundan əlavə həbsxanada işgəncə hallarının artması, məhbuslar arasında ayrı-seçkiliyin edilməsi də adi hala çevrilib. Pulu olanların yuxarı başa çəkilməsi, onlar üçün ən yüksək həddə otaqların hazırlanması kimi hallar adi normalardan biridir. Elə buna görədir ki, bəzi imkanlı məhbusların həbsxanalarda kamfortlu şəkildə cəza çəkdikləri dəfələrlə təsdiqini tapıb.
M ədət Quliyev isə baş verənlərdən hər nə qədər xəbərdar olsa da, yenə də problemləri çözə bilmir. Daha doğrusu, çözmək kimi bir niyyəti yoxdur. Görünür, o da sələfi kimi daha çox pul qazanmaq üçün çalışır. Daha onu məhbusun güzaranı, yaşamı və üzləşdiyi problemlər maraqlandırmır.
arxiv.bizimxeber.az
Билмирем гехреман адыны нейе коре вериблер,анчаг харада ишлейибсе геддарлыгы иле сечилиб.Еле-беле гестапо адыны газанмазды.Бу адам азерилере нифрет едир.Кокуну йохламаг лазымдыр.