Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“AZAL”-da ŞOK kadr dəyişikliyi
“AZAL”-da ŞOK kadr dəyişikliyi
05 Oktyabr 2013 / 15:37 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4
Cahangir Əsgərov Fəxrəddin Qazıbəyovu anbar müdiri təyin edib…

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Təhlükəsizlik Xidmətinin rəisi Fəxrəddin Qazıbəyov bu gün tutduğu vəzifədən azad olunub. Bu barədə AzPolitika.info-ya AZAL-dakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, F.Qazıbəyov uzun müddət AZAL prezidenti Cahangir Əsgərovun hədəfində olub. Təhlükəsizlik Xidmətinin rəisi AZAL-da Cahangir Əsgərovun xoşlamadığı azsaylı vəzifəli şəxslərdən biri olub. Lakin güclü himayədarları olduğundan C.Əsgərov onu vəzifəsindən çıxara bilmirmiş.

AZAL Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsi ölkənin ən strateji postlarından biri hesab olunur. Fəxrəddin Qazıbəyov bu vəzifədə “vətənə xəyanət” maddəsi ilə ittiham olunan Emin Süleymanovu əvəz edib. E.Süleymanov 2007-ci ildə dövlət başçısının danışıqlarını dinləyərək Rusiya kəşfiyyatına ötürməkdə ittiham olunaraq həbs olunmuşdu. Təkcə bu fakt Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinin strateji əhəmiyyətini ortaya qoyur.
2007-ci ildən bu vəzifədə oturan F.Qazıbəyov Suraxanı rayon Polis İdarəsinin keçmiş rəisi məşhur Etibar Qazıbəyovun qardaşıdır.

Qeyd edək ki, F.Qazıbəyov AZAL-dan tamamilə uzaqlaşdırılmayıb. Elə bu gün C.Əsgərov onu AZAL-ın yanacaq-sürtgü materialları anbarına müdir təyin edib. Təhlükəsizlik Xidməti rəisi vəzifəsinə kimin təyin olunduğu haqda isə hələ ki, məlumat yoxdur.

F.Qazıbəyovla Cahangir Əsgərov münasibətlərindəki soyuqluğun haradan qaynaqlandığını bilməsək də onun Təhlükəsizlik Xidmətinin rəisi kimi mühüm vəzifədən anbar müdirliyinə endirilməsinin ciddi səbəbləri olmalıdır. Məlumatla bağlı AZAL-dan mövqe öyrənmək cəhdimiz iş vaxtı bitdiyindən baş tutmadı.

İlkin
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə