Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Misirdə növbəti toqquşma – 51 nəfər həlak olub
Misirdə növbəti toqquşma – 51 nəfər həlak olub
07 Oktyabr 2013 / 10:27 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Misirdə polislə sabiq prezident Məhəmməd Mursi tərəfdarları arasında baş verən toqquşmalarda ən azı 51 nəfər həlak olub.

“Associated Press”in xəbərinə görə, Misir SƏhiyyə Nazirliyi 241 nəfərin yaralandığını, Daxili İşlər Nazirliyi isə 423 iğtişaş iştirakçısının saxlanıldığını açıqlayıb.

Oktyabrın 6-da hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Mursi tərəfdarları arasında toqquşmalar Misirin müxtəlif şəhərlərində baş verib. Daha ciddi toqquşmalar isə Qahirədə qeydə alınıb. Mursi tərəfdarları Misirlə İsrail arasında baş vermiş “Qiyamət günü müharibəsi” adı ilə məşhur olan müharibənin 40 illiyini qeyd etməyə toplaşıblarmış.

Bununla belə, iğtişaşlar rəsmi bayram tədbirlərinin keçirilməsinə mane olmayıb. Qahirə stadionlarından birində keçirilən və televiziya ilə canlı yayınlanan tədbirlərin birində Misirin müdafiə naziri Əbdülfəttah əl-Sisi və müvəqqəti prezident Ədli Mansur da iştirak edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə