Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Suriyada kimyəvi silahların məhvi başladı
Suriyada kimyəvi silahların məhvi başladı
07 Oktyabr 2013 / 10:50 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Oktyabrın 6-dan başlayaraq beynəlxalq ekspertlər qrupu Suriyada hökumətin əlində olan kimyəvi silahların ləğvinə başlayıb. BBC-nin məlumatına görə, kimyəvi silahları ötən ay əldə olunan razılaşmalara əsasən Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (OPCW) ekspertləri məhv edir.

Qeyd edək ki, ötən ay ABŞ və Rusiya arasında əldə olunan razılaşmaya əsasən Suriyanın kimyəvi silahları BMT nəzarətində məhv ediləcək. bu barədə qərarı BMT TŞ üzvləri səsvermə ilə qəbul edib. Qərara əsasən Suriya hakimiyyəti kimyəvi silah istehsal prosesini dayandırır, həmçinin ölkəyə gələcək kimyəvi silah mütəxəssislərinin fəaliyyətinə mane olmayacaq. Kimyəvi silahların ləğvi prosesinin bir il davam edəcəyi güman edilir.
Xatırladaq ki, bu ilin avqustun 21-də Suriyanın mərkəzində hökumət və müxalifət qüvvələri ilə döyüşlərin baş verdiyi bölgədə kimyəvi silahdan istifadə olunmuşdu. Nəticədə qeyri-rəsmi mənbələrə görə, 1500 insan öldüyü bu hadisə dünyada geniş rezonans doğurub. Qərb ölkələri, o cümlədən ABŞ hökuməti kimyəvi silahlardan istifadə etdiyi üçün Suriya prezidenti Bəşər Əsədin cəzalandırılması üçün bu ölkəyə zərbələr endirilməsi təklifi ilə çıxış edib. Ancaq BMT TŞ daimi üzvləri Rusiya və Çinin etirazları, eləcə də Amerika Konqresinin dəstəyi olmaması səbəbindən hərbi müdaxilə baş vermədi.
Eyni zamanda B.Əsəd hökuməti kimyəvi silahların müxaliflər tərəfindən istifadə olunduğunu iddia edirdi. Rusiya hökuməti isə BMT nəzarətində Suriyanın kimyəvi silahlarının məhv edilməsi ilə bağlı qərar hazırlayaraq tərəfləri razı sala bildi.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə