Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Donqili” söhbəti Rəsul Quliyevlə Əli Kərimlini qarşı-qarşıya qoydu
“Donqili” söhbəti Rəsul Quliyevlə Əli Kərimlini qarşı-qarşıya qoydu
07 Oktyabr 2013 / 11:23 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Milli Şurada təmsil olunan AXCP ilə eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) arasında növbəti dava başlayıb.

Modern.az-ın məlumatına görə, Rəsul Quliyevin Facebook səhifəsində paylaşdığı videomüsahibəyə şərh yazıb eks-spikeri təhqir edən AXCP-nin mətbuat katibi Natiq Adilova qarşı tərəfin cavabı daha ağır olub.R.Quliyev Natiq Adilovu tanımadığını deyərək, onun intellektsiz olduğunu bildirib. “Mən bilmirəm bu Natiq Adilov kimdir. Onu deyə bilərəm ki, yazıları ilə həmin 20 illik “qətiyyətli mübarizədə” bütün seçkiləri saxtalaşdırmağa şərait yaradan, özlərindən başqa heç kimin tanımadığı müxalifət cəbhəsindən olar. Tərcümeyi-halı bir cümlə ilə yazılanlar qrupuna aid olar. Yəni anadan oldu və 20 ildi müxalifətçilik edir, həyatda heç bir şeyə nail ola bilməyib. Belə adamlar üçün məsələn, “bəy, bir donqili intervyü vermisən, ondan sevinirsən” yazmaq özlərinin yaşayış tərzindən irəli gəlir. Çünki həyatda heç bir yeri-yurdu olmayan bu tipli admların sevinməkləri başqalarına qərəzli şeylər yazmaqla bağlıdır, başqa iş əllərindən gəlmir. Müvəqqəti sevinmək üçün bu tipli adamlara şərait yaratmağımdanda razıyam. Bu tipli adamların məsələn, “mən belə deyirəm, amma əslində belə deyil” izahatını verib, sonra öz leksikonlarından məsələn, “donqili” sözündən istifadə etmək şansları yoxdur, intilektləri imkan vermir”-deyə R.Quliyev cəbhəçilərə cavab verib.

Qeyd edək ki, N.Adilov Rəsul Quliyevə “donqili” deyə müraciət etmişdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə